

Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında «Məktəbəqədər təhsil haqqında» qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevin deputat Asim Mollazadə və komitə sədri İsa Həbibbəyli ilə mübahisəsi düşüb.
«Ölkə.Az»-ın məlumatına görə, mübahisəyə səbəb xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün təsisçilik hüququnun verilməsi olub.
Ş.Hacıyev çıxışında bildirib ki, yeni hazırlanan qanun layihəsi ilə bundan əvvəl qəbul olunmuş «Təhsil haqqında» qanun layihəsi arasında ziddiyətlər var: «Ziddiyətlər bir neçə hissədən ibarətdir. Amma mən bunlardan birinin üzərində dayanacam. Məsələn, xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun verilməsini bu layihədə qeyd etmək lazımdır».
Deputatın sözünü yarımçıq kəsməyə cəhd edən komitə sədri İ.Həbibbəylidən sərt reaksiya verərək mübahisə açmamağı, çıxışına imkan verməyi tələb edib.
Ş.Hacıyev davam edərək bildirib ki, bir var tədris, bir var təsisçilik: «Bunlar fərqli anlayışdır. Biz onlara təsisçilik hüququnu verməliyik. Necə ki, «Təhsil haqqında» qanunda bu var. Əgər biz təhsilin inkişafını istəyiriksə, niyə buna şərait yaratmırıq?». Bu zaman deputat Asim Mollazadə Ş.Hacıyevə irad tutaraq bildirib ki, həmin sərməyadarlar belə olan halda ölkədə iz prinsiplərini yayacaqlar.
Deputatın ona reaksiyası sərt olub: «A kişi, məscid tikmirlər ki, gəlib burada vəhhabiliyi yaysınlar! Bu, məktəbəqədər təhsil müəssisəsidir».
Sonda İ.Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərməyadarlar dövlət üçün əhəmiyyətli deyil: «Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm həm təhlükəsizlik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik».