Bakı üçün Kiyev nümunəsi
Elxan Şahinoğlu: «Poroşenko əsas verir ki, biz də istənilən zaman torpaqlarımızı işğalçılardan azad edə bilərik»
KƏNAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Ukrayna ordusu ölkənin şərqində separatçı qüvvələrə qarşı təmizləmə əməliyyatlarını davam etdirir. Şənbə günü hərbçilər separatçıların əsas mərkəzlərindən biri olan Donetsk vilayətinin Slavyansk şəhərini, axşam isə Kramatorsk şəhərini terrorçulardan azad ediblər.
Ukrayna prezidenti Petro Poroşenko əməliyyatların davam etdirilməsi ilə bağlı göstəriş verib. Prezident bildirib ki, silahlı qüvvələrə Donetsk və Luqansk bölgələrini separatçılardan təmizləmək göstərişi verib. Ancaq bütün bunlarla yanaşı, separatçı bölgələrdə qarşıdurmalar davam edir.
Separatçılara qarşı Ukrayna ordusunun, xüsusən də prezident Poroşenkonun qətiyyətli hərəkəti maraqla qarşılanıb. Hesab olunur ki, məhz Ukrayna prezidentinin qətiyyətli addımları nəticəsində ölkənin şərqindəki separatçılara ciddi zərbələr vurulub.
Mövzu ilə bağlı danışan «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Ukrayna prezidentinin yeganə yolu separatçılara qarşı qətiyyətli hərəkət etmək idi. Əks halda bu əməliyyatlar uğursuz ola bilərdi: «Ukrayna prezidenti atəşkəsə son verib separatçıları məhv etmək əməliyyatını sürətləndirməklə doğru qərar verib. Əlbəttə, bu, hər iki tərəfdən, o cümlədən mülki əhali arasında itkilərin artması deməkdir, ancaq məsələnin axırına çıxmaq lazımdır. Ukrayna ordusu fasilə versə və ya separatçılarla danışıqlara getsə, bu, Ukraynanı parçalamaq istəyən qüvvələrin xeyrinə olacaq».
Elxan Şahinoğlu deyir ki, Moskva açıq-aşkar Ukraynada Dağlıq Qarabağa bənzər nəzarətsiz bölgə yaratmaq istəyir ki, gələcəkdə bu münaqişə ocağı vasitəsilə Kiyevə təzyiq etsin. Ekspertin fikrincə, Ukrayna hakimiyyəti bunu bildiyi üçün separatçılara qarşı hücumları davam etdirir. Ancaq E.Şahinoğlu deyir ki, vəziyyətin bu şəkildə davam etməsi Putini müdaxiləyə də sövq edə bilər: «Kiyev Moskvanın planlarını pozmaq istəyir. Bunun üçünsə qısa müddətdə Donetk və Luqanskı separatçılardan təmizləmək lazımdır. Bu, çətin olacaq, ancaq başqa alternativ yoxdur. Ukrayna ordusunun və milli qvardiyanın uğurla irəliləməsi həm separatçıları, həm də onların arxasında dayanan Kremli ağır vəziyyətə sürükləyib. Separatçıların özləri hazırkı məğlubiyyətə görə artıq Kremli və şəxsən prezident Vladimir Putini günahlandırmağa başlayıblar. Bu isə o deməkdir ki, Putin yaxın gələcəkdə özünə ciddi problem yaradacaq. Bu məğlubiyyəti ona nə separatçılar, nə də ki, ölkə daxilindəki şovinist qüvvələr bağışlayacaq. Putin separatçılara vəd etdiyi dəstəyi verə bilmir. Putin Krımdan fərqli olaraq Donetsk və Luqanska Rusiya qoşununu yeridə bilmir. Əks halda, bu, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinə, o cümlədən Qərbin sanksiyalarının daha da sərtləşməsinə yol açacaq. Ona görə Putin hələ risk etmir. Ancaq bilmək olmaz, separatçıların ağır məğlubiyyəti Putini düşüncəsiz addıma da sövq edə bilər. Məsələ burasındadır ki, Rusiyanı idarə edənlər tarixən məntiqlə hesablaşmayıblar. Krımın işğalına sevindilər, daha anlamadılar ki, bu, gələcəkdə onlara böyük siyasi, iqtisadi və sosial problemlər yaradacaq, digər tərəfdən, qardaş adlandırdıqları ukraynalıları birdəfəlik itirdilər. İndi də Putinin müvazinətini itirib, Ukraynanın şərqinə müdaxilə edəcəyini istisna etmək olmaz. Ukrayna və beynəlxalq aləm bu ssenariyə də hazır olmalıdırlar».
Qeyd etdiyimiz kimi, Ukraynada uğurlu antiterror əməliyyatları Azərbaycanda da maraqla qarşılanıb. Ukrayna hakimiyyətinin qətiyyəti nəticəsində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin əzilməsi eyni hadisəni Azərbaycanın da edə biləcəyi haqda fikirlərin yaranmasına səbəb olub. Elxan Şahinoğlu deyir ki, Poroşenkonun Ukraynanın şərqini separatçılardan təmizləməsi Azərbaycan üçün də müsbət nümunədir: «Ukrayna prezidenti Azərbaycana əsas verir ki, o da istənilən zaman torpaqlarını işğalçılardan azad edə bilər. Digər tərəfdən torpaqlarımız işğalçılardan azad edilərkən Qərb Ukrayna misalında olduğu kimi ərazi bütövlüyü prinsipindən çıxış etməlidir. Əgər Ukrayna böhranı olmasaydı, ATƏT Parlament Assambleyasında ərazi bütövlüyü prinsipinin hamı üçün əsas götürülməsi bəndi «Bakı bəyannaməsində» yer almazdı. Demək, bizim üçün də münbit şərait yaranıb. Yetər ki, bu şəraitdən uğurla istifadə edə bilək». (musavat.com)