vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
15:15 | 7 iyul 2014 | Bazar ertəsi Məqaləyə 5273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabirabadlı «bərbər» kimin RƏMZİdir?

DİN-in adi xuliqanlıq kimi təqdim etdiyi hadisə ciddi olayların siqnalıdır

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?
  • Rəmzi Zeynalov kimdir?

Sabirabad rayonunda bir nəfər vəhhabinin saqqalını kəsmək olayı ölkə gündəmini dəyişdi. Media qurumları bu olayı dini qarşıdurma yaradacağından ehtiyat edib xırda bir xuliqanlıq hadisəsi kimi qəbul etdi və hadisənin çox şişməməsi üçün üzərinə gedilmədi. Əslində biz də dünən Müşfiqabadda baş verən hadisələrə qədər bu cür düşünürdük.


Bu olaylar haqda xəbər tutduqdan sonra hadisələrin lap əvvəlindən başlayıb araşdırma aparaq qərarına gəldik. Elə ilk dəqiqələrdə qarşılaşdığımız şəkilləri görüncəyə bu hadisənin təsadüf olması fikirində idik. «Facebook»da hadisəni törədən şəxsin adını axtarışa verdikdə çıxan Rəmzi Zeynalov isimli istifadəçi diqqətimizi çəkdi. Həmin şəxsin profilini incələyən zaman isə qarşılaşdığımız şəkillər bizdə şok effekti yaratdı. Bircə detalı xatırladaq ki, R.Zeynalovun «Hizbullah yaylığı»nı necə əldə etməsi, bu yaylıqda poz verib şəkillər çəkdirməsi şübhələnməyə əsas verir.

Son olaraq bildirək ki, İrandakı bəzi qüvvələrin sabirabadlı dindarlara təsirinin güclü olması barədə bilgilərimiz var. Bu rayonda Aşura günlərində iransayağı şouların təşkili hələ ötən il usta qələm Qabil Abbasoğlunun «Uçan ələm» yazısında ətraflı təsvir olunmuşdu. Son zamanlar müsəlman şərqində baş verənləri də sadaladıqlarımızla yanaşı qoyanda tolerantlığı ilə fəxr etdiyimiz və bunu bütün dünyaya nümunə göstərdiyimiz ölkəmizdə kimlərinsə fitnə salmaq həvəsinə düşdüyü hiss olunur.

P.S. Vaxt.az olaraq həmin şəkillərin «print screen» variantını dərc edirik. Ümid edirik ki, güc strukturları bu məsələ ilə ciddi məşğul olacaqlar.