vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
09:47 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç təyyarə çaya düşdü

«Boinq» şirkətinə külli miqdarda ziyan dəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən məşhur təyyarə və vertolyot istehsalçısı olan «Boinq» ABŞ-da böyük bir qəza ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, cümə axşamı ABŞ-ın Kanzas ştatında yerləşən Viçita şəhərindən yük qatarına yüklənən 3 ədəd «Boinq 737» gövdəsi Montana ştatında Klark Fork çayına düşüb.


Hadisə ilə bağlı bildirilib ki, 90 vaqondan ibarət qatar Superior gölünün 30 kilometr şərqində relsdən çıxıb, nəticədə 19 vaqon yükləri ilə birlikdə çaya yuvarlanıb.

Qəzada «Boinq» şirkətinə böyük məbləğdə maddi ziyan dəydiyi bildirilir.

Qəzanı eşidərək gölə axın edən Montanalı vətəndaşlar isə hadisənin necə baş verdiyindən xəbərsiz olduqları üçün əvvəlcə baş verənləri çaşqınlıqla izləyiblər. Daha sonra isə rəsmilər tərəfindən hadisənin baş vermə səbəbi açıqlanıb.