Medvedev Abramyanı Soçiyə çağırdı
Qarabağı da müzakirə etməyə ...
Rusiyanın baş naziri Dmitri Medvedev Soçi şəhərində ermənistanlı həmkarı Ovik Abramyanla iqtisadiyyat, investisiya, sənaye, energetika, infrastruktura və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu barədə azvision.az İTAR-TASS agentliyinə istinadən xəbər verir. Bundan əlavə, hökumət rəsmiləri Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Avrasiya İttifaqına inteqrasiya məsələlərini də müzakirə edəcəklər.
Məlumata əsasən, baş nazirlə yanaşı Soçiyə baş nazirin müavini, ərazilərin idarə olunması üzrə nazir Armen Qevorqyan, maliyyə, energetika, səhiyyə nazirləri, o cümlədən Ermənistan Miqrasiya Xidmətinin rəhbəri də gedəcək.