«Hələ ki, gözləyirik»
Firudin Cəlilov əməliyyat olunur
GÜLXAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pensiya çəkişməsi böyüyür
Səfa Mirzəyev məhkəməyə gətirmək mümkün deyil
-
«Elçibəylə bir-birimizi qırırdıq...»
Firudin Cəlilov: «Deyirdilər ki, Qarabağa pul lazımdı, tələbələrdən rüşvət alaq»
-
Firudin Cəlilov əməliyyat edilir. Artıq üç saatdır başlanan əməliyyatın nə vaxt başa çatacağı bəlli deyil. Bu sözləri Publika.az-a açıqlamasında F.Cəlilovun həyat yoldaşı Fəridə xanım deyib.
«Əməliyyatın gedişatı barədə məlumat verilməyib. Hələ ki, gözləyirik. Firudin müəllimin beyin arteriyaları, ağciyərləri də zədəli olduğuna görə, əməliyyata hazırlayırdılar. Bir həftədən sonra nisbətən hazır olduğu qənaətinə gəliblər. Tam hazır olmasa da, əməliyyat vacib idi. Əməliyyatdan sonra da bir müddət Türkiyədə müalicə almalıdır».
Xatırladaq ki, keçmiş təhsil naziri Firudin Cəlilov 20 ildir ürək xəstəliyindən əziyyət çəkir. Son vaxtlar vəziyyəti ağırlaşdığı üçün dövlətin köməkliyi ilə Türkiyəyə göndərilib.