Pensiya çəkişməsi böyüyür
Səfa Mirzəyev məhkəməyə gətirmək mümkün deyil, Məryəm Həsənova və Firudin Cəlilovun da işinə baxılacaq
Emil SALAMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
-
Məhkəmə zalında qandallandı
Narkoloji Dispanserin keçmiş baş həkimi rüşvət ittihamı ilə həbs edildi
-
Nazir vəzifəliləri cəzalandırdı
DSMF-nin kollegiya iclası olub
-
Apellyasiya Məhkəməsi dollarla satışı qanunsuz hesab etdi
Antikollektorun dollarla nisyə mal satan dükan üzərində növbəti qələbəsi
-
Büdcə ilə fondların tərs mütənasibliyi
Birinci kiçildikcə, ikinci böyüyür
-
«67 manat müavinətlə mən nə edim?»
Deputat əlillərin müavinətlərinin artırılmasını təklif etdi
-
Bəraət hökmü ləğv olundu
Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədən saldı
-
«Sıralarımız seyrəlir»
İstiqlalçı deputat Məryəm Həsənova: «Müstəqilliyin bərpası möcüzə idi»
-
1 nazirlik və 3 komitə ləğv edilir
Fond nazirliyin tərkibinə keçdi
-
Pensiya ilə bağlı yenilik
Fond vəsaitlər investisiyalara yönəldəcək
-
«Hələ ki, gözləyirik»
Firudin Cəlilov əməliyyat olunur
-
62 məhkəmədə barışıq olub
«Barışıq Sakmyası» 3 yaşını tamamladı
-
Pensiyaçıların diqqətinə!
«Artıq Siz plastik kartlarınız vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəksiniz»
-
Əzimovdan Səfərova sərt sözlər
«Maskalı separatçılar süfrəsinin payçılarına cavab»
-
«Agent olduğumu sübut etsin»
Eldəniz Quliyev: «Hacıbaba Əzimov utanmalıdır»
-
«Agent» davası böyüdü
Əzimov həmkarlarını xaricdən pul almaqda ittiham etdi, Quliyevsə onu biabır etməklə hədələdi
İstiqlalçı millət vəkillərinin deputat pensiyasından məhrum olunmasına görə məhkəmə çəkişmələri başlanıb. Sabiq deputatlardan Firudin Cəlilov və Məryəm Həsənovadan sonra Hacıbaba Əzimov da hüquqi müstəvidə mübarizəsini davam etdirir. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsində istiqlalçı deputat, professor Hacıbaba Əzimovun şikayətinə baxılıb.
Bu barədə H.Əzimov musavat.com-a verdiyi məlumatda qeyd etdi ki, prosesdə cavabdeh tərəf olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və onun Nəsimi Rayon Şöbəsinin nümayəndələri iştirak ediblər. H.Əzimov bildirdi ki, qarşı tərəf arqumentsizliyinə görə prosesdə aciz duruma düşüb. Sabiq deputat öz pensiya hüququnun pozulmasının sübutu olaraq, istinad etdiyi hüquq normalarını və təqdim etdiyi dəlilləri məhkəməyə verib.
Onun sözlərinə görə, DSMF istiqlalçı deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarına istinad etmir: «Fond Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq, qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq, sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanı verməkdən imtina edir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət ediblər».
Sabiq deputat bildirdi ki, onun iddiasını 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisad Məhkəməsi təmin etməyiblər.
Ona görə də, məsələ apelyasiya instansiyasına qədər gəlib çıxıb. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim ediləcək.
«Məhkəmənin diqqətinə çatdırdım ki, bütün sivil ölkələrdə, o cümlədən, postsovet respublikalarında müstəqilliyin əldə edilməsində xidmətləri olmuş deputatlar sosial imtiyazlara layiq görülüb. Azərbaycanda isə sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıblar, yalnız pensiya ümidinə qalıblar.
Amma deputat pensiyalarını da ala bilmirlər. Məhkəmə prosesinin aşkarlıq prinsipi əsasında aparılması məqsədilə cavabdeh tərəflə çəkişmənin və verdiyi sualların audio yazılışına icazə verilməsini kollegiya üzvlərindən xahiş etdim. Amma hakim əsası olmadan bu xahişi təmin etmədi, İnzibati Prosessual Məcəlləsinin 17.2 maddəsini pozmuş oldu» - deyə H.Əzimov vurğuladı.
İddiaçı pensiya ilə bağlı qanunvericiliyin tətbiq edilməsinə dair cavabdehlərə çoxsaylı suallar verib: «Cavabdehlərin nümayəndələri 30-a yaxın sualımdan heç birinə hüquq normaları əsasında dürüst cavab verə bilmədilər. Məsələn, DSMF və ya onun Nəsimi Rayon Şöbəsi «Əmək pensiyaları haqqında» Qanuna və digər qanunvericilik aktlarına təfsir (şərh) verə bilərmi, Milli Məclis nə vaxtdan fəaliyyətə başlayıb, Milli Məclisin Aparatının rəhbərinin qanunlara rəsmi təfsir vermək səlahiyyəti varmı? Əgər yoxdursa, onda nədən DSMF hələ də onun 2000-ci ilin dekabr ayında Əmək Nazirliyinə göndərdiyi məktubu əsas götürərək və onun məzmununu iddiaçılara cavab məktublarına köçürərək ilk Milli Məclisin deputatlarına pensiya verməkdən imtina edir və s».
H.Əzimov maraqlı bir detalı da açıqladı: «Mühakimənin sonuna yaxın hakimin nəzərinə çatdırdım ki, Səfa Mirzəyevin məhkəməyə çağırılması barədə vəsatət təmin edilməyib. Hakim qayıtdı ki, Səfa Mirzəyev məhkəməyə gəlməkdən imtina edir və onun polislə gətirilməsi də qeyri-mümkündür».
Kollegiyanın növbəti iclası martın 11-i, saat 16-ya təyin edilib.