vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
00:41 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 2759 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəraət hökmü ləğv olundu

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədən saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Adam öldürmə cinayəti üzrə ittiham edilən və barəsində bəraət hökmü çıxarılan Aleksandr İvanyukun hökmündən prokurorun verdiyi kassasiya protestinə baxılıb.

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin verdiyi bəraət hökmü ləğv edilib və iş yenidən adıçəkilən məhkəməyə qaytarılıb.

İttihama görə, hadisə 2014-cü ilin sentyabr ayının 21-də Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 104 saylı binanın 44-cü mənzilində baş verib. Həmin ünvanda Rusiya vətəndaşları A.İvanyuk və Sergey Siçenkov arasında mübahisə yaranıb. Belə ki, S.Siçenkovun 100 manat pulu itib. Bundan sonra A.İvanyukdan şübhələndiyini bildirib.

Daha sonra S.Siçenkov A.İvanyuku döyüb. Bu zaman A.İvanyuk S.Siçenkovu eyvandan aşağı atıb. Hadisə nəticəsində S.Siçenkov ölüb. Ona Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilsə də, sonradan ittiham dəyişdirilərək 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İvanyuk 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ülkər Yusifova apellyasiya şikayəti verib. A.İvanyukun apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.