İş adamı Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciət etdi
MTN-nin qurbanı olan Maqsud Mahmudov nazir Fikrət Məmmədovdan və Ramiz Rzayevdən kömək istəyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ədliyyə Nazirliyi elektronlaşır
Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
-
“Milyonluq” iş
“Mobil notariat” zəruri olan çoxsaylı məlumatları inteqrasiya edib
-
Abortu leqallaşdırılması ləğv edildi
ABŞ Ali Məhkəməsindən tarixi qərar
-
Bütün hakimlər təhlükədədir?
Brett Kavanonun evinin yaxınlığında silahlı şəxs həbs edilib
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Ali Məhkəmə qanunsuzluğa qarşı
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Hüquqşünaslar ölkə başçısından kömək istədilər
«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanundan narazı qalanlar çıxış yolu təqdim edir
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov Azərbaycan ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
İş adamı müraciətində qeyd edib ki, 06.06.2017-ci ildə, saat 11: 35-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesin keçiriləcək.
İş adamı qeyd edib ki, Nərimanov Rayon Məhkəməsi və Apelyasiya Məhkəməsi cinayətkar şəbəkənin ona vurduğu ziyanın geri qaytarılmasına dair qərar çıxarıb.
Keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadə məni aldadaraq və hədə-qorxu gələrək avtomobilimi və restoranımı öz yaxını Azər adlı şəxsin adına keçirib. Məndə olan məlumata görə, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Ələ etdiyim məlumata görə, bu şəxs mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir.
Hörmətli Nazir və Ali Məhkəmənin sədri. Bunlar istəyirlər ki, Nərimanov və Apelyasiya Məhkəməsinin məni zərərçəkən kimi tanıması və dəyən ziyanın qaytarılması ilə bağlı çıxardığı qərarı bu şəkildə dayandırsın. Həmin qərarda keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadəyə cinayət işinin qaldırılması da qeyd edilir. Mənə daxil olan xəbərə görə, qarşı tərəf çalışır ki, hakim Mehparə Əhmədovanın vasitəsilə bu qərarları ləğv etsinlər və Cavid Quluzadənin adamı olan və restoranımın adına rəsmiləşdirildiyi Azər adlı şəxsin adına olan çıxarışı hüquqi qüvvədə saxlasınlar.
Sizdən xahiş edirəm ki, sabah keçiriləcək məhkəmə prosesini nəzarətinizə götürəsiniz.