Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:21 | 25 iyun 2022 | Şənbə
Məqaləyə 1127 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Ali Məhkəməsi gözlənilən kimi, yarım əsrdir abortu konstitusion hüquq olaraq təsbit edən qərarı ləğv etdi. Bununla da aborta icazə verilib-verilməyəcəyinə ştatlar qərar verəcəklər.
Cümə günü ali məhkəmədə çoxluqda olan mühafizəkar hakimlərin qərarı məhkəmənin qərarla bağlı ilkin layihəsinin bir xəbər agentliyinə sızması nəticəsində abort hüququ tərəfdarlarının ölkə boyu etiraz aksiyaları keçirməsindən iki ay sonraya təsadüf edib.
Ali Məhkəmənin 1973-cü ildə qəbul edilən “Roe v. Wade” kimi tanınan qərarı ləğv etməsi aborta qadağa tətbiq etməsə də, onun hüquqi təsirləri demək olar dərhal bütün ölkə boyu hiss ediləcək.
Abort əleyhdarı “Guttmacher” İnstitutu təxmin edir ki, xüsusilə cənub və mərkəzdə yerləşən 26 ştat “Roe v. Wade”in ləğvinin ardınca abortu ləğv edəcək. Bu isə abort etmək istəyən milyonlarla qadını abort hüquqularının qorunduğu ştatlara üz tutmağa məcbur edə bilər.
Ali Məhkəmənin qərarı ilə Mississippidə hamiləliyin 15-ci həftəsindən sonra demək olan bütün abortları qadağan edən qanunun qüvvəyə minməsinə imkan veriləcək.
Mississippidə fəaliyyət göstərən yeganə abort klinikası olan “Jackson” Qadın Sağlamlığı Təşkilatı 2018-ci ildə qəbul edilən qanunu federal məhkəməyə verib və onun 50 illik Ali Məhkəmə presedentini pozduğunu iddia edib.
İki aşağı instansiyalı məhkəmə klinikanın xeyrinə qərar çıxarandan sonra Mississippi Respublikaçıların nəzarət etdiyi 25 başqa ştatla birlikdə Ali Məhkəməyə müraciət edərək, “Roe və Casey” qərarlarının ləğvini tələb edib. Onlar iddialarında bildiriblər ki, konstitusiyada “heç nə” abort hüququnu dəstəkləmir.
Ali Məhkəmənin Respublikaçı prezidentlər tərəfindən təyin olunan altı hakimi bununla razılaşıb.
“Konstitusiyada aborta istinad olunmur və heç bir konstitusiya müddəası, o cümlədən…14-cü düzəlişdəki hüquqi təminatlar dolayı olaraq bu hüququ qorumur,” mühafizəkar hakim Samuel Alito məhkəmənin çoxluq qərarında yazıb.
Konstitusiyaya 14-cü düzəlişdə deyilir ki, heç bir ştat “heç bir insanı hüquqi proses olmadan həyatdan, azadlıqdan və ya əmlakdan məhrum edə bilməz.”
“Abort etmək hüququ bu kateqoriyaya daxil deyil”, – Alito qərarın sızdırılmış ilk qərar lahiyəsində yazmışdı.
Qərarda deyilib ki, abortu qadağan edib-etməmək haqda Ali Məhkəmə əvəzinə ştatlar qərar verməlidirlər.
Məhkəmənin üç liberal hakimi, o cümlədən mühafizəkar baş hakim Con Roberts qərarın əleyhinə çıxıb.