vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
14:51 | 13 aprel 2016 | Çərşənbə Məqaləyə 3489 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1 nazirlik və 3 komitə ləğv edilir

Fond nazirliyin tərkibinə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin son müşavirədə paralel fəaliyyət göstərən dövlət qurumlarının ləğvi ilə bağlı çıxışından sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: «Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm struktur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnokratlar əvəzləsin».

Məlumata görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Energetika Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Bir qədər əvvəl Qiymətli Kağızrlar üzrə Dövlət Komitəsi, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.