
Avropa ölkəsində pensiya yaşı 70 oldu
Avtomatik artırma mexanizmi müzakirə olunur
Avtomatik artırma mexanizmi müzakirə olunur
Fond 4 ay ərzində 231 manat çox xərcləyib
Əfvə düşən şəxslərdən çoxunun bilmədiyi müavinət almaq hüququ
Prezident qanunda dəyişikliyi təsdiq etdi
Ailə üzvlərinin başçısını itirməyə görə əmək pensiyası hüququ var
Güzəştli şərtlər ilə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
... Və müavinəti necə əldə etmək olar?
Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır
Artımın nələrə təsiri olacaq?
Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
İşləyən şəxslərin pensiyaları necə artırılacaq?
Artımlar nə zaman ödəniləcək?
Dəqiq siyahı ...
Könüllük əsasında ...
Hər 100 manata ...
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları” haqqında Qanuna yeni dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olundu. Dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.
Müzakirələrdə çıxışım zamanı pensiya yaşının müəyyənləşməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə olunmasını və uşaqların sayına görə pensiya yaşının müəyyənləşdirilməsini təklif etdim. Yəni, çoxuşaqlı ailələrdə uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılmasını təklif etdim.
Qeyd etdim ki, güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı. Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları” haqqında Qanuna əsasən, Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar.
Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan ilə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olanlar valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır.
Əlavə etdim ki, təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir. Bu dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlər ilə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır.