
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
Müharibədə iştirak edənlərə şad xəbər
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
Səlim Müslümova şok ittiham
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
Nazirlik rəsmi açıqlama yaydı
Sahil Babayev: “İlk növbədə ədalətlilik, şəffaflıq ...”
“Bu orduda böyük ruh yüksəkliyi yaradacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub. Bu barədə nazirlikdən məlumat verilib.
A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
Həmin ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (Səudiyyə Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.
Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.