«Daha çox immiqrasiya daha az işsizlikdir»
«Onlar istənilən şəraitə uyğunlaşa bilirlər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Klopp səhər yeməyində nə yemişdi?”
Çingiz Abdullayev: ““Liverpul”un məşqçisi Azərbaycana qarşı nasistlər kimi hərəkət etdi”
-
Piratlar «tutulacaq»
Avropa İttifaqı film və idman yarışlarına pulsuz baxanları bloklayacaq
-
2.7 milyardlıq cəza
«Google»a qarşı şok cərimə qərarı
-
Avropanın «Şimal axını»na nəzarət istəyi
Rusiyanın yeni qaz kəməri layihəsinin başı üzərindən «qara buludlar» çəkilmir
-
Lobbiçilikdən qorxmaq lazımdırmı?
400 il qeyri peşəkar siyasət kimi qəbul edilən fəaliyyət indi aparıcı qüvvədir
-
Səkkizinci Avropa Parlamenti işə başlayır
Bundan başqa İranla nüvə proqramı danışıqları da keçiriləcək
-
AB Rusiyaya 3 gün vaxt verdi
Moskvaya ciddi xəbərdarlıq
-
Cənab Şults yerində qaldı
Ona cəmi səkkiz nəfər səs verməyib
-
AB-dən Ukraynaya 500 milyon
Ümumilikdə 2 ilə 11 milyard avro vəd verilib
-
Barroso Əliyevlə təkrar görüşür: səbəb?
Donosçular qaz danışığına gələn avropalının Bakıda da «qazladılar»
-
Aİ üçün Krım-Fələstin analogiyası
Rusiya düşünür ki, investorları yarımadaya cəlb etmək üçün 6 il vergi güzəşti tətbiq etsin
-
Barrozodan müjdə
Gürcüstan və Moldovaya investisiya cəlb olunur
-
«Oyun dəyişib»
Kipr probleminin həlli üçün unikal təklif
-
«Azərbaycan Rusiyanın qarşısında dayana bilsə...»
Barrozo: «Bolqarıstan Rusiya ilə qaz əlaqələrində ehtiyatlı olmalıdır»
-
«Aİ-yə daha güclü siyasi rəhbərlik lazımdır»
«Vitse-prezident, ali nümayəndə vəziyyəti ələ almalıdır»
-
«İnsan tutan balıqçılar»
İyulun 11-də Avropa Komissiyası nümayəndələrinin verdikləri bəyanata əsasən, Avropaya olan immiqrasiya azalarsa, bu özünü həm ölkələrin rifahı sistemində, həm demoqrafik çəkidə, həm də bilik və bacarıqların köhnəlməsində göstərəcək. Məlumatı «Euractiv» xəbər portal yayıb.
Avropa Komissiyasının Daxili İşlər üzrə Komissarı Sesilia Malmström Florensiyada Miqrasiya Siyasəti Mərkəzində «İmmiqrasiya haqda bildiklərimiz həqiqətdirmi? 8 streotipin araşdırılması» mövzusunda hesabat xarakterli təqdimatla çıxış etmişdir. Təqdimat zamanı o, «bizim immiqrantlara ehtiyacımız yoxdur», «onlar bizim iş yerlərimiz əlimizdən alır» və ya «immiqrantlar bizim təqdim etdiyimiz imkanlardan istifadə etmək üçün fırıldaqçılıq edirlər» kimi ifadələrin yanlışlığından söz açıb.
Hesabata əsasən, az bacarıqlı immiqrantlara Avropa əmək bazarında yer var və olacaqdır. Belə ki, bu yolla yerlilərin daha yüksək vəzifələrdə olmasına şərait yaranacaq və sənayedə az bacarıq tələb edən işlərdə çalışmaq üçün işçi qıtlığı yaşanmayacaq.
Miqrasiya Siyasəti Mərkəzinin direktoru Filippe Farqus öz çıxışı zamanı «Çoxalan immiqrasiya azalan işsizlik trendinə gətirib çıxarır. Bunun iki səbəbi var: immiqrantlar gəlməsinin əsas səbəbi iş yerlərinin olmasıdır və onlar istənilən şəraitə uyğunlaşa bilirlər. Əgər həqiqətən də işsizlik artsa onlar özlərinə bir çıxış yolu tapacaqlar», - deyə bildirmişdir.