Barroso Əliyevlə təkrar görüşür: səbəb?
Donosçular qaz danışığına gələn avropalının Bakıda da «qazladılar»
Virtualaz.org
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso bu gün axşam Azərbaycan prezidenti ilə təkrar görüşəcəyini bildirib. Virtualaz.org saytı xəbər verir ki, Barroso bu barədə günün ikinci yarısında vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşündə bildirib.
Görüşdə vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət böyük qrup iştirak edib. Görüş yarıqapalı olub və əvvəlcədən elan edilib ki, iştirakçılar KİV-lərə ancaq öz iştirakları barədə məlumat verə bilərlər. Aparılan müzakirələrin detalları barədə məlumat verməmək razılaşdırılıb.
Görüşdə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ənənəsinə uyğun olaraq «Azərbaycanda həyata keçirilən repressiyalar» barədə Barrosoya donos verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda 40 «vicdan məhbusu» və 90 «siyasi məhbus» var.
Görüşün digər iştirakçısı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə nisbətən aşağı rəqəm deyib. O, Azərbaycanda «dərhal azad edilməli olan 30 siyasi məhbus» barədə məlumat verib.
E.Hüseynov «Turan» agentliyinə bildirib ki, Barrosoya həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər barədə də geniş məlumat verib.
Avropa Komissiyasının prezidenti görüşdə qaldırılan məsələləri diqqətlə dinləyib və bu məsələləri şənbə günü axşam prezident İlham Əliyevlə keçirəcəyi daha bir görüşdə qaldıracağını bildirib.
Xəbər verildiyi kimi, Barroso prezident İlham Əliyevlə artıq təkbətək görüş keçirib, həmçinin Azərbaycan qazının Avropaya nəqlinin start götürəcəyi Səngəçal terminalına baş çəkib.
Barosso və Əliyev birgə brifinq keçiriblər və Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycan lideri ilə Cənub qaz dəhlizinin işə salınmasının sürətlənməsi və genişlənməsi məsələsini müzakirə edib.
Barroso bu məsələnin gələn il Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioriteti olacağını bildirib. Bununla belə Avropa Komissiyasının səlahiyyətləri başa çatmaqda olan prezidenti Azərbaycanla Aİ arasında münasibətlərdə demokratiya və insan haqlarına dair fikir ayrılıqlarının olduğunu da deyib.
«Mən tamamilə açıq şəkildə prezident Əliyevə izah etdim ki, biz çoxpartiyalı demokratiyanı, açıq cəmiyyəti və açıq iqtisadiyyatı stabillik və rifah üçün ən yaxşı vasitə hesab edirik» - deyə o bildirib.
Ehtimal olunur ki, Barrosonun prezident Əliyevlə bu gün axşam baş tutacaq təkrar görüşü Azərbaycan prezidentinin qonağın şərəfinə təşkil etdiyi ziyafət çərçivəsində baş tutacaq. Bir qayda olaraq bu cür mərasimlərdə ən müxtəlif məsələlərə dair qeyri-formal müzakirələr aparılır. Belə mərasimlər problemli mövzular üzrə kompromisə gəlməyə imkan verən ən münasib platformadır.