“Heç vaxt belə olmamışdı”
İlham Əliyev: “İranın üç prezidenti ilə işləmişəm”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Son 5 gün
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
-
«Uzun şərhə ehtiyac yoxdu»
«Siyasi baxımdan perspektivli yanaşmadır və müsbət də qarşılanır»
“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı”. Bu fikirləri İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
“Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”.
Preizdent fikrini bu sözlərlə davam edib: “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.