vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
09:06 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hökumət keçmişə qayıdır

Almaniyadan ABŞ casusluğuna qarşı inanılmaz addım

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Baş nazir Angela Merkeli də dinlədiyi məlum olduqdan sonra Almaniyada böyük bir qalmaqal yaşanır. ANS PRESS-in məlumatına görə, rəsmilər bu istiqamətdə bir çox tədbirlər görərkən, ötən gün daha bir maraqlı detal ortaya çıxıb.

Belə ki, Almaniya Federal Məclis Araşdırma Komissiyası, daxili və xarici yazışmalarda casusluğa qarşı qorunmaq məqsədiylə yazı makinasından istifadə edəcək.

Komissiyanın rəhbəri Patrik Sensber bu barədə yayılan xəbəri alman telekanallarının birinə müsahibəsində təsdiqləyib.

Sensber «Gizli sənədləri yazmaq üçün təəssüf ki, bu qərarı almaq məcburiyyətində qaldıq. Ölkə təhlükəsizliyi üçün lazım olan hər addımı atmamız şərtdir. Hətta digər deyə bilməyəcəyim rabitə vasitələrindən istifadə etməyə də davam edəcəyik» deyə müsahibəsində qeyd edib.