XİN-dən Britaniyaya çağırış
«Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdənsə, vaxtınızı və resurslarınızı ölkənizdəki irqçilik və digər ayrıseçkiliklərə həsr edin»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
-
Cinsi zorakılıq fotoları kolleksiyaçısı
Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
-
“Qaydalar pozulub”
İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
Londonda ictimai nəqliyyat sisteminə kiberhücum
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
-
Uzaq mənzilli silahlardan istifadə gündəmdədir
ABŞ 700 milyon dollar, Britaniya 600 milyon funt-sterlinq yardım edəcək
-
8 milyard funtluq sərmayə
“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi
-
Şahzadə təqaüdlə dolanacaq?
Kral Çarlzın problem yaradan qardaşına səbri bitir
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidingtonun Gəncədə 6 il azadlıqdan məhrum edilən Həsən Hüseynli ilə bağlı açıqlamasına etiraz edir. Xatırladaq ki, David Lidingtonun iyulun 18-də yayılan bəyanatında QHT rəhbərinin həbsindən narahatlıq ifadə olunub.
«Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram», - deyə o bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu fikirləri qətiyyətlə rədd etdiyini bildirir və hesab edir ki, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və ya mühakimə olunmur.
Nazirliyin bəyanatında deyilir ki, britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi Britaniya hökumətinin qanunun aliliyinə olan münasibətin göstəricisidir: «Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Lidington sonuncu dəfə nə zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu xatırlamaq belə mümkün deyil».
XİN Britaniya hökumətini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına həsr etməyə çağırır.
«Hesab edirik ki, nazir Lidington beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək, ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə, daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması, quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunmuşdur», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.