vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
14:41 | 20 iyul 2013 | Şənbə Məqaləyə 1716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onları yarı yolda qoyacaq”

Siyavuş Novruzov: “Onun Azərbaycana qayıdıb-qayıtmamasının heç bir əhəmiyyəti yoxdur”

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

“Müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovu yaxşı tanımırlar”. Bu açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın sədri, vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

YAP rəsmisi qeyd edib ki, müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmasına maneələrin olduğu barədə yalandan şou düzəldirdilər: “Lakin Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olsa da, o Azərbaycanın vətəndaşlarından biridir, istənilən vaxt istədiyi yerə gəlib-gedə bilər. Yəni Azərbaycanın digər vətəndaşları arasında ona heç bir fərq qoyulmur. Sadəcə olaraq, müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovu yaxşı tanımırlar. O, bunların hamısını yarı yolda qoyacaq. Çünki Rüstəm İbrahimbəyov üçün heç nə maraqlı deyil. O özünün yeni bir şousunu yaradır və bununla da məşğul olur. Bunlar da uğursuz aktyorlar kimi, həmin şouda iştirak edirlər”.
S. Novruzov Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdıb-qayıtmamasının heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Azərbaycan seçki sistemində namizədlər arasında sıralanma olsa, Rüstəm İbrahimbəyov axırdan birinci olacaq”.