vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:48 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 3041 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər şey istintaq sirridir?

«Sabirabadlı bərbər»in işini araşdıran müstəntiq danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabirabadda kürdəmirli dindar Cavanşir Zərbəliyevi fiziki təzyiqə məruz qoyan Rəmzi Zeynalovun istintaqı davam edir. R.Zeynalovun işini araşdıran müstəntiq Elnur Əliyev «Media forum» saytının tutulan şəxsin harada saxlandığı, vəziyyəti, vəkilinin kimliyi haqda suallarını istintaq sirri hesab edərək cavablandırmayıb: «Açıqlanası hər hansı məlumat olsa, biz özümüz əlaqə saxlayıb bildirəcəyik».

Xatırladaq ki, Rəmzi Zeynalov iyulun 4-də Sabirabadın mərkəzi bazarı yaxınlığında baş verən hadisəyə görə saxlanıb. Ona Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə xuliqanlıq ittihamı irəli sürülüb, məhkəmə isə onu 2 ay müddətinə həbs edib.

CM-nin 221.1 maddəsinə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.