Nazir nəhayət danışdı
Zakir Həsənov qisas vədi verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
-
“İskəndər”in qənimi “LORA”
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
-
“Polonez”lər gəldi
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
-
Nazirin Çin səfərində əsas hədəf
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
Müdafiə Nazirliyi cəbhədəki atışma ilə bağlı məlumat yayıb. «Qafqazinfo»ya daxil olan məlumatda bildirilir ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
***
15:50
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov şəhid olan hərbçilərin ailəsinə başsağlığı verib.
Nazir öz «Facebook» səhifəsində bunları yazıb: «Allah rəhmət etsin! Şəhidlərimizin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm».
Müdafiə naziri Zakir Həsənov isə Azərbaycanı silkələyən bu acı xəbərlə bağlı heç bir açıqlama verməyib.
***
«France Presse» agentliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş qanlı döyüşlər barədə məlumat yayıb.
Virtualaz.org saytı xəbər verir ki, agentlik bu döyüşdə 14 Azərbaycan əsgərinin həlak olduğunu bildirir. Məlumatın mənbəyi kimi Ermənistan Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə göstərilir.
Agentlik bildirir ki, Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupu təmas xəttini keçməyə cəhd edib, ancaq mühasirəyə düşüb.
Erməni qaynaqları döyüş zonasında hələ də cəsədlərin qaldığını iddia edir.
Azərbaycan müdafiə naziri Zakir Həsənovdan hələ də heç bir izahat və açıqlama yoxdur. Müdafiə Nazirliyi 9 əsgərin erməni hücumu nəticəsində şəhid olduğuna dair qısa açıqlama ilə işini bitmiş hesab edib.
***
13:06
Bu dəqiqələrdə qondarma «DQR müdafiə nazirliyi» təmas xəttinin Ağdam-Tərtər istiqamətində baş vermiş və Azərbaycan ordusunun azı 9 hərbçisinin şəhid olması ilə nəticələnən qanlı döyüşlər haqda yeni məlumat yayıb.
Virtualaz.org saytının verdiyi xəbərə görə, işğalçıların yaydığı məlumatda deyilir ki, söhbət iyulun 31-nə keçən gecə gedən döyüşlərdən gedir. Həmçinin Azərbaycan tərəfinin «diversiya həmləsi həyata keçirdiyini sübut edən fakt» kimi əsgərlərimizdən ələ keçirildiyi iddia olunan silah-sursatın və texniki avadanlığın fotoları yayılıb.
Düşmən tərəfdən yayılan fotolarda iki birdəfəlik qumbaraatan, İsrail istehsalı olan avtomoatik qumbaraatan və ona aid mərmilər, bir ədəd «Motorola» ratsiyası, bir ədəd kiçik ratsiya, içərisində azərbaycanca «Tibbi apteçka» yazılmış tibb sandıqçası və tibbi preparatlar, iki avtomat darağı əks olunub.
Habelə düşmən Azərbaycan döyüşçülərindən ələ keçirildiyi iddia olunan xüsusi təyinatlılar üçün üz boyasının da fotosunu yayıb. Söhbət Türkiyə istehsalı olan boyadan gedir.
Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu məlumatına və fotolara hələ münasibət bildirməyib.
***
12:15
Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.
Düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu.
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.
***
Cəbhənin Ağdam-Tərtər istiqamətində Azərbaycan ordusunun azı 9 hərbçisinin şəhid olması ilə nəticələnən qanlı döyüşlərlə bağlı ciddi müəmmalar qalmaqdadır.
Azərbaycan Müdafiə Nazirliyi həmişə olduğu kimi standart ifadələrdən ibarət qısa açıqlama yaymaqla kifayətlənib. Baxmayaraq ki, əgər hadisə nazirliyin bildirdiyi kimi olubsa və erməni qüvvələri ordumuzun mövqelərinə gecə basqını edərək 9 hərbçimizi şəhid edibsə, bu, artıq müharibədir.
Sual yaranır: əgər düşmən bir həmləyə ordumuzun bu cür ağır itki verməsinə səbəb olursa, o zaman Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə dayanan bölmələrinin döyüş hazırlığı vəziyyətinin bu cür aşağı olmasına görə kim cavab verməlidir?
Uzun müddətdir ki, ön xəttə fiziki cəhətdən zəif, psixoloji baxımdan hazırlıqsız, komandirlərə minlərlə manat rüşvət vermək imkanında olmayan yetim-yesirlərin göndərildiyi barədə ictimaiyyət, ekspertlər, mətbuat məsələ qaldırır. Bu əsgərlər aylarla əvəzlənmir və əksər hallarda heç zəruri hərbi hazırlıq keçmədən ön xəttə göndərilir. Torpaqları işğal altında olan ölkənin hər il büdcədən 3-4 milyard manat alan ordusu düşmənin bir həmləsində bu qədər itki verirsə, söhbət əsl rüsvayçılıqdan gedir.
İkinci müəmma odur ki, əsgərlərin erməni mövqelərinə edilən uğursuz həmlə zamanı həlak olması istisna deyil. Belə ki, təmas xəttinin Ağdam-Tərtər istiqamətində gedən döyüşlər barədə ilk dəfə iyulun 31-də erməni tərəfi məlumat yaydı. Qondarma «DQR müdafiə nazirliyinin» məlumatında bildirilirdi ki, Azərbaycan ordusu təmas xəttinin bu istiqamətində erməni qüvvələrinin postuna diversiya həmləsi edib. Bu zaman iki erməni əsgəri ölüb, qarşı tərəf isə çoxsaylı itki verərək geri çəkilib.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı əvvəlcə təkzib etdi. Daha sonra günün ikinci yarısında MN bildirdi ki, Ağdam istiqamətində ermənilər snayperlə bir əsgərimizi vurub. İndi isə MN daha 8 hərbçinin Ağdam-Tərtər istiqamətində, birinin isə Qazax istiqamətində şəhid olduğunu açıqlayır.
Beləliklə, 31 iyul - 1 avqust arası ordumuzun itkiləri azı 10 nəfər təşkil edir. Yaralıların dəqiq sayı isə açıqlanmır.
Qazax istiqamətində gedən döyüşlərdə azı 4 yaralının olduğu, onların Şəmkir hospitalına aparıldığı bildirilir. Ağdam-Tərtər istiqamətində isə nə qədər yaralının olduğu məlum deyil.
Tərtər sakinlərindən aldığımız məlumata görə, yerli sakinlər arasında baş verənlər barədə müxtəlif şayiələr dolaşır. Belə şayiələrdən birinə görə, ermənilər Azərbaycan ordusunun postuna qəfil basqın ediblər, nəticədə 6 əsgərimiz şəhid olub. Digər şayiəyə görə, ermənilərin atdığı minomyot mərmisi səngərə düşüb və daha iki əsgərimiz şəhid olub.
***
11:32
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısının alınması və şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilməsi haqda məlumat yayıb.
Nazirlik rəsmi olaraq bir gizirimizin şəhid olduğunu açıqlasa da digər itkilər barədə məlumat vermir. Mətbuatda Qazax, Tərtər və Ağdam istiqamətlərində gedən atışmalarda şəhidlərimizin olduğu bildirlir.
Qazax istiqamətində gedən atışmada Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət edən iki hərbçisinin şəhid olduğunu yazır. ANS isə Tərtərdə şəhid olan iki hərbçimizin adlarını açıqlayıb. Bunlar müddətdən artıq xidmət edən Vüqar Poladov və Elnur İbrahimovdur. Məlumatı Qapanlı kənd sakinləri veriblər. Şəhidlərimizin biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
Daha bir şəhid Xaçmaz rayonunun, Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur. O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib. Faktı Xaçmaz rayon icra başçısının I müavini Yetkin Mehmanov da təsdiqləyib. O bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.
APA isə şəhid olanların sayını 8 olaraq göstərib. Yerli mətbuatda 4 hərbçimizin yaralanması haqda da məlumatlar yer alır.
Mətbuatda yer alan, nazirlik tərəfindən isə təsdiqlənməyən məlumatlara görə, ordumuz dünəndən 10-11 nəfər itki verib.
Bu arada dünən gecə saatlarında cəbhənin Ağdam istiqamətində həlak olan 5 əsgərin meyiti Tərtərə tibbi-ekspertizaya aparılıb. Ağdam sakinlərinin axar.az-a verdiyi açıqlamada deyilir ki, tibbi-ekspertizadan sonra meyitlər məscidə yuyulmağa aparılacaq.
Müdafiə Nazirliyin mətbuat xidmətinin əməkdaşı İsa İsmayılov virtualaz.org saytına açıqlamasında ordumuzun itkisi ilə bağlı rəsmi məlumatın olmadığını dəqiqləşdirilmə aparıldıqdan sonra məlumat yayılacağını bildirdi.
Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə getməsi ilə bağlı yayılan məlumatlara gəlincə isə İ.İsmayılov bildirdi ki, bu barədə rəsmi məlumat yoxdur.
***
10:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.
APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.
Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.
Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
Qeyd edək ki, yerli mətbuatda şəhid olan hərbçilərimizin sayı müxtəlif rəqəmlərlə göstərilir. Nazirliyin mətbuat xidməti isə bu barədə rəsmi məlumatın olmadığını və dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.