«İki qat cavab bizim üstünlüyümüzdür»
İlham İsmayıl: «Soçi görüşündə əsirlərin dəyişilməsi razılaşdırıla bilər»
Murad ƏHMƏD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya ermənilərə güvənmir?
Prezidentlərin Soçi görüşü ərəfəsində qovulmalar başlayıb
-
100 erməninin 1 sentyabra qədər vaxtı var
Hava limanında kütləvi şəkildə işdən qovulmalar
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
Moskvada insident
Kreml rəsmilərini prezidentlərin Soçi görüşünə aparmalı olan təyyarə aeroportda qaldı
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
İşğalçını xilas layihəsi
Qarabağda marta qədər müharibə olmayacaq? Prezidentlərin Soçi görüşü ilə bağlı iddialar birmənalı qarşılanmır
-
Tez gələn kim, it gətirən kim, imtina edən kim
MDB dövlət başçılarının Soçi sammiti ərəfəsində maraqlı proseslər yaşanıb
-
Qəzəb dolu baxış...
... Yaxud pusquda duran Prezident
-
Putin Əliyevdən möhlət istəyib?!
Prezidentlərin Soçi görüşü ilə bağlı mühüm detal; Kremlin Bakıya işi düşüb
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«Biz bu məsələni müzakirə etmədik»
Sərkisyan: «Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...»
Bir neçə gün öncə Azərbaycan tərəfindən 3 mülki şəxs doğma yurdu olan Kəlbəcərə gedərkən erməni hərbçiləri tərəfindən əsir götürüldü. Bunlardan 1 nəfəri öldürüldü, 2 vətəndaşımız isə hələ də əsirlikdədir. Dünən isə erməni tərəfindən 5 nəfərdən ibarət diversiya qrupu Azərbaycan mövqelərinə daxil olarkən 4-ü məhv edildi, 1 nəfər isə əsir götürüldü.
Hazırkı durumda əsirlərin dəyişdirilməsi reallaşa bilərmi?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, ekspert İlham İsmayıl Hafta.az-a açıqlamasında məsələni şərh edib.
İ.İsmayıl bildirib ki, öncə sərhədi keçən adamların diversant olduğu, sərhədi kəşfiyyat məqsədi ilə keçdiyi sübut olunmalıdır: «Çünki bəzən təsadüfən keçənlər, yolu azanlar da olur. Diversant olduğu sübut olunduqdan sonra növbəti addımlar atılmalıdır. Azərbaycan bu gün diversant qrupu məhv edib bir nəfəri əsir götürübsə, təbii ki, bu bizim xeyrimizədir. İndiki vəziyyətdə biz Ermənistanın təxribatına iki qat cavab veririk, bu da bizim üstünlüyümüzdür».
Ekspert qeyd edib ki, əsirlərin dəyişdirilməsi Rusiya prezidenti Putinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılaşdırıla bilər: «Bizim Kəlbəcərdə tutulan Dilqəm və Şahbazdan başqa da orada əsir götürülən adamlarımız var. Bizdə də onlardan əsir var. Bundan öncə də əsirlərin dəyişdirilməsi baş verib. Bugünkü Soçi görüşündə girov götürülən adamların dəyişdirilməsinin gündəmə gəlməsi və razılaşdırılması mümkündür».