Putin Əliyevdən möhlət istəyib?!
Prezidentlərin Soçi görüşü ilə bağlı mühüm detal; Kremlin Bakıya işi düşüb; bəs nəyin qarşılığında - marta qədər konfliktin həllində dönüşmü olacaq?
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
Ötən gün Rusiyada gələnilki kritik prezident seçkilərinə təxminən 5 ay qalmış prezident Putinin «artan qayğıları»ndan yazmışdıq. «Kremlin 2018 mart hədəfi - Bakıya sürpriz edilə bilər» sərlövhəli təhlili yazıda vurğulanırdı ki, həmin seçki baryerini aşıb Rusiyaya daha 6 il rəhbərlik eləmək üçün Kremlin hazırkı başçısı həm daxili, həm də xarici siyasəti korrekt edib özünün və komandasının imicini, PR işini gücləndirmək zorundadır.
Xarici siyasətdəki uğurlar deyəndə təbii ki, Kremlin Azərbaycanı da daxil etdiyi «Yaxın xaric» ölkələrinə münasibətdə aparılan siyasətdə götürə biləcəyi yeni siyasi dividentlər də nəzərdə tutulur. Yazıdan sitat: «Azərbaycana gəlincə, ola bilsin, Qarabağ məsələsində hansısa simvolik irəliləyiş (bir neçə rayonun azad edilməsi qarşılığında) Moskva Dağlıq Qarabağda sülhməramlı adı altında öz hərbi kontingentini yerləşdirmək və Azərbaycanlın Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulması üçün Bakıya diplomatik təzyiqləri artırsın, daha israrlı tövr sərgiləsin. Ayrı sözlərlə desək, seçkilərədək, Azərbaycan yəqin ki, Putinin məxsusi «diqqətində» olacaq. Nəzərə alsaq ki, gələn il Azərbaycancanda da prezident seçkiləri keçiriləcək, o zaman Moskvanın bu «diqqəti» rəsmi Bakı üçün ikiqat önəm daşıyacaq və bəzi başqa təhdidləri də özündə ehtiva edə bilər (Misal üçün, «Milyarderlər ittifaqı» ilə bağlı «təcrübə»ni yada salmaq olar) ».
***
Belə görünür, qubernatorları bir-bir dəyişdirilən Rusiyada yaxınlaşan mart seçkisi doğrudan da rəsmi Moskvanın böyük narahatlığına çevrilməkdədir - həm də Qarabağda mümkün müharibə kontekstində. Bunu tanınmış rusiyalı analitik və politoloq Vladimir Yevseyin açıqlamaları bir daha təsdiq edir.
AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində rusiyalı ekspert öncə bildirib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib. Ardınca isə o, ilginc sayıla biləcək bir iddia səsləndirib.
Politoloqun qənaətincə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. «Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb», - ekspert əlavə edib.
Bəs bu zəmanətin qarşılığında Putin nə təklif edib? Nəzərə alsaq ki, Qarabağ məsələsi, sülh-müharibə mövzuları Azərbaycan üçün «qırmızı xətlər»dir, o zaman demək olarmı ki, Putin azərbaycanlı həmkarına əvəzində nəsə təklif edib? Bu, martadək Qarabağ məsələsində ciddi dönüş təminatı ilə bağlı ola bilərdimi, yoxsa Moskvanın təminatı eyni ildə - oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə ilgili olub? (Yeri gəlmişkən, oktyabr seçkilərinədək Qarabağ məsələsində hansısa uğur Azərbaycan hakimiyyətinin də maraqlarına cavab verir).
Təəssüf ki, bu barədə rusiyalı analitik heç nə deməyib. Ancaq maraqlısı həm də budur ki, gələn ilin martından cəmi bir ay sonra - apreldə işğalçı Ermənistan prezident üsul-idarəsindən parlamentli idarəçiliyə keçəcək. Xarici siyasət, o sırada Qarabağ məsələsində əsas söz sahibi prezident yox, baş nazir, daha dəqiqi, parlament olacaq. Bu isə o anlama gəlir ki, İrəvanla sülh anlaşması apreldən sonra daha da çətinləşə, müharibə ehtimalı arta bilər. Çünki yeni parlament, faktiki, «müharibə partiya»sından ibarətdir. Düzdür, prezidentlik müddəti bitməkdə olan Serj Sərkisyan da o sıraya, qırğılara aiddir. Ancaq bir var, Qarabağla bağlı hansısa anlaşmaya görə bir nəfərlə danışıb anlaşasan, bir nəfər məsuliyyət daşısın, bir də var, onlarla radikal deputatın mövqeyini ciddiyə almalı olan baş nazirlə.
Deməli, Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olub müharibə riskini minimuma endirmək, paralel surətdə Rusiyanın bölgədəki dayaqlarının daha da möhkəmlətməkdən ötrü Putinə marta qədər Sərkisyanla anlaşmaq daha asan və əlverişli görünür. Hətta unikal şans təəssüratı bağışlayır.
Əlavə edək ki, Soçidə Əliyev-Putin görüşündən təxminən bir ay sonra Putin Sərkisyanla da bir araya gəlib - təkbətək. (YM)