Nazirlik idarəni 40 min cərimələdi
ETSN Mehriban Əliyevanın müdaxiləsindən sonra tərpəndi
Rüfanə GÜNƏŞ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
«Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan Nəsimi rayonu ərazisində ümumilikdə 5 ədəd ağacın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub». Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Qurumdan bildiriblər ki, nazirliyin Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində Bakı Abadlıq Xidməti MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi 22B və Asəf Məhərrəmov küçəsi 2/51 ünvanlarda abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsi üçün müraciət edilib:
«İdarədən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində nazirliyə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə edilib».
Nazirlikdən verilən məlumatda, hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürüldüyü və tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görüldüyü də qeyd olunub.
Qeyd edək ki, dünən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə məlumat gedib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.