

Muxtar Babayevin anası haqda maraqlı faktlar
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
Prezident sərəncam imzaladı
İki dövlət universiteti barədə şayiələr dolaşır
Bu dəfə Azərbaycan Dillər Universitetində...
...«Ovçular evi»nin gecəyarısı qəfil «ovlanması»nın qarşısını aldı
İsrailli ekspert Azərbaycanın hərbi gücü haqda...
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
Azərbaycanda tələblər hansı imtiyazları istəyir?
Hamını aldadan «fərasətli» uşaq
Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb
Prezident İlham Əliyevin tövsiyələri əsasında tərtib olunan “Həqiqətin onomastikası” adlı kitab ingilis dilində nəşr olunub.
Gərgin tədqiqat işinin bəhrəsi olan bu kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycan Dillər Universitetinin birgə əməyinin məhsuludur.
Nəşrin ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, müəllifləri filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Qeyd edək ki, kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.
Kitabda saxtalaşdırma prosesini əks etdirən, indiki Ermənistan ərazisində vaxtilə mövcud olan Azərbaycan mənşəli toponimlərin tarixi xəritəsi də verilib.
İngilis dilində nəşr olunan bu əsər xarici ölkələrdə və beynəlxalq təşkilatlarda Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması ilə bağlı önəmli bir vəsaitdir.
Kitabın ingilis dilinə tərcüməçiləri ADU-nun dosenti Fialə Abdullayeva, baş müəllimlər Təranə Məmmədova, Aygün Xəlilova və Aygün Hacıyevadır.
Məlumata əsasən yaxın zamanda kitabın rus dilində nəşri də nəzərdə tutulub.