Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:55 | 24 dekabr 2016 | Şənbə
Məqaləyə 2101 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Başa çatmaqda olan 2016-cı il çoxvektorlu diplomatiya siyasətini davam etdirən Azərbaycanın xarici siyasəti üçün uğurlu olub.
Bunu «Trend»ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.
Ekspert qeyd edib ki, rəsmi Bakı ölkənin milli maraqlarına əsaslanan kifayət qədər praqmatik xarici siyasət yürüdür.
A.Qut deyib: «Azərbaycan region dövlətləri ilə - Rusiya, Türkiyə və İranla yaxşı münasibətlər qura bilib».
Onun sözlərinə görə, bu il İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri baş tutdu. Bu, bir daha İsrail və Azərbaycan arasında əməkdaşlığın vacibliyini təsdiq edir.
Ekspert bildirib: «İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə baxmayaraq, Azərbaycan İranla sabit münasibətləri saxlaya bilir. Azərbaycan dostunun və düşməninin harada olduğunu yaxşı bilir».
Qutun sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən də uğurlu il olub.
Ekspert deyib: «Bu ilin aprelində erməni və Azərbaycan qoşunları arasında ciddi toqquşma baş verdi. Azərbaycan ordusu yeni İsrail texnologiyalarından da istifadə etməklə sərt reaksiya göstərdi. Aprel toqquşmaları onu göstərdi ki, Azərbaycan ötən əsrin 90-cı illərində olan ölkə deyil. Bu gün Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə hazırdır. Rəsmi Bakı heç vaxt status-kvoya razı olmayacaq və Cənubi Qafqazda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək».
O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin «açarı» Yerevanda yox, Moskvadadır: «Bu ilin aprel ayındakı hadisələr göstərdi ki, Rusiya kiminlə iş görməli olduğunu gözəl başa düşür. Azərbaycan Rusiya üçün çox vacib iqtisadi və sənaye tərəfdaşıdır. Ermənistana isə Rusiya yalnız maliyyə yatırır və əvəzində heç nə əldə etmir».