vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
12:20 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cinayət işi açıldı

BŞDYP nazirin qardaşı qızının həlak olduğu qəzanı araşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gecə Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Qəza zamanı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib. Onun həyat yoldaşı, «Garant Holding»in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun səhhəti ilə bağlı məlumat verilmir.

Baş Dövlət Yol Polis İdarəsindən (BŞDYP) AzVision.az-a verilən məlumata görə, qəza ilə bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı «KİA» markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra «KİA»nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı «KamAZ» markalı yük maşını «KİA» ilə toqquşub. Dünyasını dəyişən Günay Ələsgərova və həyat yoldaşı «KİA» markalı avtomobildə olublar.