vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
17:20 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da «AK-47» sevgisi

Amerikalılar kütləvi şəkildə «Kalaşnikov»la silahlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalılar Rusiya istehsalı olan və sanksiyaların təsiri altına düşən «AK-47» («Kalaşnikov») avtomatları alır. Virtualaz.org xəbər verir ki, bu haqda The Washington Post yazıb. Obama administrasiyası «AK-47» avtomatlarının ABŞ-a idxalını qadağan edib. Qəzetin yazdığına görə bundan cəmi üç gün sonra «Kalaşnikov» avtomatlarının ABŞ-da satışını həyata keçirən və Merilend ştatında yerləşən silah dileri aşkar edib ki, anbardakı bütün «AK-47» avtomatları satılıb qurtarıb.

Bildirilir ki, «Atlantic Firearms» şirkətinin əməkdaşları yüzlərlə avtomatı alıcılara göndəriblər. Məlumata görə alıcılar bütün ABŞ ərazisində «AK-47» avtomatlarının hamısını alıblar. Bəzi alıcılar hətta 8-10 avtomat alıb və onları sonradan baha qiymətə satmağa hazırlaşır. «AK-47» avtomatının qiyməti ABŞ-da min dollardan aşağı deyil. Alıcılar hesab edirlər ki, Rusiya-Ukrayna münaqişəsi bu avtomatların ABŞ-da satışına qadağa qoymaq üçün bəhanədir. Belə ki, Rusiya avtomatları bir çox demokratların xoşuna gəlmir, onlar ABŞ istehsalı olan silahlardan daha ucuz və daha etibarlıdır.

Sanksiyalara qədər ABŞ Rusiyadan hər il on minlərlə «AK-47» avtomatı idxal edirdi və satırdı. Bu ilin iyul ayında ABŞ Maliyyə Nazirliyi «Kalaşnikov»ların sanksiyaların təsiri altına düşdüyünü elan edib.