vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:22 | 6 sentyabr 2014 | Şənbə Məqaləyə 1318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyana tərs şapalaq

Erməni prezidentin isterikasına fikir verən olmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Uelsdə NATO Sammitinin Yekun Bəyannaməsi Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistannın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə edib.

Bəyannamənin 31-ci bəndində deyilir ki, Qafqazda, habelə Moldova Respublikasında münaqişələrin dinc yolla həlli beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin və 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır. Bəyannamədə millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında bir kəlmə də yoxdur. Bəyannamədə hətta belə bir ifadə olsaydı belə, bütün dünyaya yaxşı bəllidir ki, sənəddə adları çəkilən BMT Nizamnaməsi və Helsinki Yekun Aktı xalqların öz müqəddəratını təyin etməsi hüququnun dövlətlərin ərazi bütövlüyünü pozmadan həyata keçirilməsini nəzərdə tutur, yəni söhbət daxili təyini-müqəddərat hüququndan gedir.

Beləliklə, Uelsdə Ermənistan prezidenti Serj Sərkisyan növbəti şapalaq alıb. Özü də rüsvay olduğu həmin gün ərəfəsində onun Şimali Atlantika Alyansı ölkələrinə az qala hədə-qorxu gələrək isterik halda onları «sağlam düşüncəyə» (!) dəvət etdiyinə və «Minsk qrupunun ritorikasından» geri çəkilməməyə çağırdığına baxmayaraq. Gözlənildiyi kimi, onun isterikasına fikir verən olmadı. Görünür, indi Ermənistanda başa düşə bilmirlər ki, nə üçün blokun üzvlərində «yalnız» Serj Sərkisyana xas olan «sağlam düşüncə» tapılmadı.

Prinsipcə o, Bəyannamədə hansı müddəaların olacağını qabaqcadan bilirdi və buna görə də elə əvvəldən tələm-tələsik bu ssenarini, görünür, Türkiyənin səylərinə işarə edərək «qonşumuz olan diktatorun simasını öz xalqının gözündə xilas etmək istəyən digər üzv (NATO-ya) ölkənin lobbiçiliyinin» nəticəsi adlandırıb.

Əlbəttə, Alyansın üzvü olan ölkələr heç vaxt belə səviyyəsiz danışıq eşitmədiklərindən Serj Sərkisyanın isterikası elə özünə qalıb.

Ermənistan prezidenti bir gün əvvəl avropalılara yalvararaq demişdi: «Ya sağlam düşüncə və sülhə nail olmaq səyi qalib gələcək, ya da yenidən yalançı fobiya, müharibə ritorikası və bu cür kağızların qol-qanad verdiyi, öz əsgərinin həyatına qətiyyən dəyər verməyən Azərbaycanın asanlıqla təhrik etdiyi insan tələfatına gətirib çıxaran fitnəkarlıqlar genişləndiriləcəkdir». Əlbəttə, bu ifadənin təhlilinə daha geniş yer ayırmaq olar, lakin təkcə bunu qeyd edək ki, biz həqiqətən əsgər həyatına dəyər vermirik, amma Azərbaycan əsgərinin deyil, erməni əsgərinin. Hətta öz iradəsi ilə deyil, məsuliyyətsiz dövlət rəhbərlərinin əmri ilə olsa belə, müqəddəs torpağımızı tapdaq altında qoyan işğalçı əsgərin həyatı bizi narahat etmir. Amma hər bir Azərbaycan çağırışçısının sağlamlığı bizim üçün bütün dünya ermənilərindən daha dəyərlidir.

İndi isə gəlin, 2012-ci ilə qayıdaq. Yadınızdadırsa, o zaman Serj Sərkisyan Çikaqoda keçirilmiş əvvəlki sammitdə iştirak etməkdən nümayişkaranə şəkildə boyun qaçırmışdı və bunu səbəb göstərmişdi ki, NATO Sammitinin Çikaqo Bəyannaməsinin layihəsinin Ermənistan-Azərbaycan münaqişəsi hissəsində Lissabon Sammitində qəbul olunmuş 2010-cu ilin sənədindən az fərqlənir. O zaman Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan NATO-nun Çikaqo Bəyannaməsi layihəsinin Cənubi Qafqazda və Moldovada münaqişələrin həlli barədə bəndinə toxunaraq qeyd etmişdi ki, «Lissabon Bəyannaməsi ilə müqayisədə müəyyən dəyişiklikləri nəzərə almayan bu bənd Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi mandatları olan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqelərinə ziddir. Bunu ABŞ, Rusiya və Fransa prezidentləri dəfələrlə deyiblər». O, həmçinin demişdi ki, bu müddəa münaqişənin nizama salınması barədə ATƏT çərçivəsində qəbul olunmuş bəyanatlara və qərarlara uyğun deyil. Nəhayət, E.Nalbəndyan etiraf edərək bildirmişdi: «Ermənistan Respublikasının prezidenti bu amilləri nəzərə alaraq Çikaqo görüşündə iştirak etməmək qərarına gəlib».

Cəmi iki il keçəndən sonra bu «qürur» harasa uçub gedib və Serj Sərkisyan heç nə olmamış kimi birdən Uelsdə peyda olub. Necə deyərlər, «bəlkə də qaytardılar».

Yox, qaytarmadılar...

Buna görə də o, suyu süzülə-süzülə geri qayıdacaq.

...Amma xalqına bunu necə izah edəcək, bir Allah bilir.

NATO-nun Uels Bəyannaməsində ərazi bütövlüyü, bildiyimiz kimi, qətiyyən pozulmamış Ermənistanın adının Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ilə yanaşı çəkilməsinə gəldikdə isə görünür, bu, S.Sərkisyanın qabağına atılmış sümükdür ki, inciməsin. Lakin bu ölkə öz müstəqilliyini həqiqətən artıq itirib.