«Dağlar»a cinayət işi açıldı
MTK ««Muray» təcrübəsi»ni təkrarlayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Toplanan pulların aqibəti bilinmir
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
-
Bir bina bir provayderindir
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
-
MTK-lar ləğv edilir...
Bunun sonrası necə olacaq?
-
«Dağlar»ın fırıldaqları
Bakıda daha bir mənzil cinayəti; MTK bir mənzili 6 nəfərə satıb
-
«Məzunlarımızın 95 faizi tələbə adını qazanıb»
Sevinc Rzayeva: «Yüksək nəticələrin əsas səbəbi Heydər Əliyevin tövsiyəsindən qaynaqlanır»
-
MTK şagird qəbulu elan edir
Heydər Əliyevin adını daşıyan liseydə olimpiada qalibləri ödənişsiz oxuyacaq
-
Vəzifəli şəxsə cinayət işi açıldı
Səlahiyyətlərdən sui-istifadə və saxtakarlıq etdiyinə görə
-
Ev fırıldağında köhnə metod
Azərbaycan tikinti şirkətlərinin «tapıntı»sına çözüm yolları
«Dağlar» Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı «Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan virtualaz.org-a verilən məlumatda bildirilir ki, araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, dünən Dağlar MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılan mənzil sahiblərinin şikayəti ilə bağlı vaxt.az-da geniş yazı dərc yerləşdirilib.