

Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Alıcıların hüquqları pozulur
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
Tikintisi başa çatmayan binalarda isə mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz
Girov qoyulan evlər sökülür
Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur
Bakıdakı çoxmərtəbəli binalarda idarəetmə problemi bitmir. Məsələ ondan ibarətdir ki, binanı tikən şirkət mənzilləri satdıqdan sonra da binadan əl çəkmir, ora bir komendant təyin edir və sakinlərdən özünün müəyyən etdiyi məbləğ əsasında aylıq pullar yığır. Sakinlər isə bu pulların hara xərcləndiyindən xəbərsiz olurlar. Çünki onlara hesabat verilmir. Belə olan halda isə sakinlər narazı qalırlar. Bəs vəziyyətdən çıxış yolu nədir?
Paytaxt sakini Elvin İsmayılov yeni tikili binada yaşayır. Deyir ki, avtomobil saxlamaq üçün də ayrı məbləğ ödəyir.
Tikinti eksperti Muxtar Ərturan deyir ki, əslində binanın saxlanma xərcləri sakinlərin üzərinə düşür. Ancaq bu, qanunu şəkildə təşkil olmalıdır.
Yeni tikili binalarda parkinq ərazisinin satılması və ya kirayə verilməsi probleminə gəlincə, ekspert deyir ki, parkinq və park ərazisi, uşaq oyun meydançası, söhbətgah və kölgəliklərin satılması və ya icarəyə verilməsi qanuni deyil. Hesab edilir ki, dövlət bu sahəyə nəzarət edən qurum yaratsa, bu kimi problemlərin bir çoxu aradan qalxar.
Muxtar Ərturan deyir ki, bütün bu problemlərdən çıxış yolu sakinlərin toplanıb öz aralarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qurmaları və binanın idarə edilməsini özlərinin həyata keçirmələridir. (Xəzər Xəbər)