vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
15:58 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 4142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məzunlarımızın 95 faizi tələbə adını qazanıb»

Sevinc Rzayeva: «Yüksək nəticələrin əsas səbəbi Heydər Əliyevin tövsiyəsindən qaynaqlanır»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əlivev adına Müasir Təhsil Kompleksinin direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Sevinc Rzayevanın Trend-ə müsahibə verib. Vaxt.az həmin müsahibəni təqdim edir.

- Heydər Əlivev adına Müasir Təhsil Kompleksi Azərbaycanda ən çox nailiyyətlərə imza atan təhsil müəssisələrindəndir. Bu nailiyyətlərin qazanılmasının sirri nədədir?

- Kompleksimizdə uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış təlim-tərbiyə mühiti əldə olunmuş yüksək nəticələrin əsas səbəblərindəndir. Müəllimlərimizin yüksək peşəkarlığı şagirdlərimizdə güclü motivasiyanın yaranmasına səbəb olur. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin inkişafı, şagirdlərimizin bilik, bacarıq və vərdişlərinin daim yüksəldilməsi əsas prioritetlərimizdən biridir. Tədris prosesinin təşkili və idarə olunmasında İKT-dən geniş istifadə olunur.


- Məktəbin şöhrəti onun şagirdlərinin uğuru, qələbəsi, məzunlarının yüksək nəticəsi ilə ölçülür. Bəs Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədris və təlim-tərbiyə hansı səviyyədədir?

- 2001-2014-cü illər ərzində məktəbimizin 350-yə yaxın məzunu olmuşdur. Məzunlar, bir qayda olaraq, yüksək nəticələrlə respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olmuşlar. Məzunlardan 8 nəfər qəbul imtahanlarında yüksək nəticə göstərdiklərinə görə Prezident təqaüdünə layiq görülmüşdür. Son üç il ərzində məktəb məzunlarından 19 nəfər qızıl və 1 nəfər gümüş medala layiq görülmüşdür. Məktəbin şagirdləri dəfələrlə beynəlxalq və yerli fənn olimpiadalarının, müxtəlif idman yarışlarının, müsabiqə və oyunların qalibi olmuşlar. Beynəlxalq olimpiadalarda 12 qızıl, 12 gümüş, 6 bürünc medal, respublika fənn olimpiadalarında isə 16 qızıl, 19 gümüş, 17 bürünc medal qazanılmışdır.


- Çox güman ki, keçən tədris ilində məzunlarınızın ali məktəblərə qəbul nəticələri yüksək olmuşdur, çünki bildiyimə görə, 7 məzun məktəbi qızıl medalla bitirmişdir. Onlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oğlu Heydər Əliyev olmuşdur.

- Bəli, doğrudan da keçən tədris ilində ali məktəblərə qəbulun nəticəsi 95 faiz olmuşdur. Medal almış 7 nəfər məzunumuzdan 5 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 2 nəfəri Tibb Universitetinə daxil olmuşdur. Ümumiyyətlə, biz məzunlarımızla fəxr edirik.


- Gələcək planlarınız haqqında bilmək istərdik.

- Məktəbimizdə təlim dili Azərbaycan dilidir. V sinifdən başlayaraq «Anglia Examination Syndicate» (AES) əsasında ingilis bölməsi fəaliyyət göstərir. Gələn tədris ilindən I sinifdən rus bölməsinin açılması planlaşdırılır. Keçən tədris ilində Təhsil Nazirliyin keçirdiyi respublika fənn olimpiadalarının yekun turunda riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə I və II yer tutmuş şagirdlərin müsabiqə yolu ilə ödənişsiz əsasda məktəbimizə qəbulu nəzərdə tutulmuşdur. Maraqlananlar bizim www.mtk.edu.az internet səhifəsindən məlumat əldə edə bilərlər.