«Əvvəlcə o özü kim olduğunu müəyyən etsin»
Fuad Ələsgərov: «Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq, ancaq ...»
Səbinə HƏSƏNOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
MM-də insan haqları müzakirəsi
Fuad Ələsgərov: «İşçi qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq»
-
«Ciddi tədbirlər görəcəyik»
Ramiz Mehdiyev: «Onlar belə satqınlıq, düşmənçilik yolundan geri çəkilməlidirlər»
-
Ramiz Mehdiyevdən KİV-lərə xəbərdarlıq
Prezidenti Administrasiyasının rəhbəri dövlət sirlərinin yayılmasından narahatdır
-
«Sabitlik inkişafın əsas şərtidir»
«Çağırışları separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı tələb edir»
-
««ASAN Xidmət»də korrupsiya istisnadır»
Fuad Ələsgərov : «İxtisaslaşmış qurumlar cinayət təqibini davamlı aparır»
-
Aslan ovlandı, «Yurd»u talandı
«TV-nin bütün əmlakı siyahıya alınıb və maşına yığılaraq aparılıb»
-
Administrasiyadan ikili standartlara üsyan
4 beynəlxalq təşkilatla əməkdaşlıqdan imtinaya çağırış
-
««Əfsanələr» dövrü bitib»
Elnur Aslanovdan nurçu məmurlarla bağlı iddialara cavab
«Azərbaycanda siyasi məhbuslar yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var». Bu sözləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərov İnsan Haqları üzrə İşçi Qrupun bərpasına həsr olunmuş iclas zamanı deyib.
Onun sözlərinə görə, bu, hələ 2012-ci ildə AŞPA-nın yanvar sessiyasında bəzi xarici qüvvələr tərəfindən hazırlanmış qətnamə layihəsi uğursuzluqla nəticələnərkən öz təsdiqini tapmışdı.
- Biz həmişə vətəndaş cəmiyyəti ilə dialoqu müdafiə etmişik və 2005-ci ildə yaradılmış işçi qrupu bu istiqamətdə çox böyük işlər görüb. Vaxtilə bizim səylərimiz nəticəsində 177 məhbus azad edilib, lakin buna baxmayaraq AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etmək qərarına gəldi və işin icrasını məhz Kristofer Ştrasserə tapşırdı, beləliklə də, qrupumuz öz işini dayandırmalı oldu – deyə Fuad Ələsgərov bildirib.
Onun sözlərinə görə, Ştrasser ilk günlərdən başlayaraq, Azərbaycana qarşı əks mövqe tutub və onun fəaliyyəti problemin həllinə fayda verməyib.
«Lakin İşçi Qrupun fəaliyyətinin bərpası Azərbaycanın daxilində bir çox məsələlərin həlli üçün böyük əhəmiyyət daşıyır. Bizə kənardan hansısa həmməruzəçilər lazım deyil, biz öz problemlərimizi kənardan yol göstərənlər olmada da həll edə bilərik»,- deyə Fuad Ələsgərov bildirib.
Bundan sonra Fuad Ələsgərov işçi qrupunun işinə kölgə salmaq üçün çalışan Xədicə İsmayılovanın fəaliyyətini tənqid edib.
«Qoy, əvvəlcə o özü kim olduğunu müəyyən etsin - hüquq müdafiəçisidir, yoxsa jurnalist?.. Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq. Ancaq, bağışlayın məni, lap birinci gündən işçi qrupumuzu ləkələmək istəyən, onun üzvlərini təhqir edənlərlə necə dialoq qurmaq, hansı mövzuda danışmaq olar?!» – Prezident Administrasiyasının nümayəndəsi bildirib.
İşçi qrupu prezident İlham Əliyev və Avropa Şurasının baş katibi Torbjyern Yaqlandın təşəbbüsü ilə işini bərpa edib. Hazırkı heyət fəaliyyətinin nəticələrinin uğurlu olacağına inanır.
Müzakirələrin gedişində İşçi qrupun katibliyi də formalaşdırılıb. Ona hüquq müdafiəçisi Sahib Mirzəyev rəhbərlik edəcək.
Hakimiyyət təmsilçiləri və hüquq müdafiəçiləri belə bir razılığa gəliblər ki, haqqında söhbət gedən məsələ bundan sonra ölkə daxilində müzakirə və həll edilsin.
Xatırladaq ki, 2005-2008-ci illərdə belə bir İşçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. Yeri gəlmişkən, bugünkü tədbirdə vurğulanıb ki, məhz həmin qrupun fəaliyyəti sayəsində 177 məhbusun azadlığa çıxmasına nail olunub.
Sonda onu da qeyd edək ki, Milli Məclisdə keçirilən bugünkü tədbirdə Prezident Administrasiyasının, parlamentin nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər.