««ASAN Xidmət»də korrupsiya istisnadır»
Fuad Ələsgərov : «İxtisaslaşmış qurumlar cinayət təqibini davamlı aparır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qeydiyyat yerindən asılı olmayaraq ...
«ASAN xidmət»dən şəxsiyyət vəsiqələri ilə bağlı vacib yenilik
-
...Prezidentdən vacib sərəncam
Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı...
-
Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
-
2 ilə fasiləsiz enerji təminatı
Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...
-
İlham Əliyev «ASAN qatar»la tanış oldu
Prezident işıq və qazpulundan danışdı: «Varlılar daha çox ödəməlidirlər»
-
MM-də insan haqları müzakirəsi
Fuad Ələsgərov: «İşçi qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq»
-
«ASAN xidmət» BMT-nin diqqətində
Azərbaycanlı diplomata beynəlxalq təşkilatda yüksək vəzifə verildi
-
«Əvvəlcə o özü kim olduğunu müəyyən etsin»
Fuad Ələsgərov: «Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq, ancaq ...»
-
«Ciddi tədbirlər görəcəyik»
Ramiz Mehdiyev: «Onlar belə satqınlıq, düşmənçilik yolundan geri çəkilməlidirlər»
-
Ramiz Mehdiyevdən KİV-lərə xəbərdarlıq
Prezidenti Administrasiyasının rəhbəri dövlət sirlərinin yayılmasından narahatdır
-
Ünvanlı sosial yardım daha ASANlaşır
Artıq vətəndaşlardan heç bir sənəd tələb olunmayacaq
-
Mehman Əliyev sözünü geri götürdü...
... Yoxsa «Azadlıq» ağlınagələni yazıb?
-
«ASAN» Mehman Əliyevdən üzr tələb etdi
Xidmətin USAID-in qrant layihəsi olması iddiası kəskin etiraza səbəb oldu
-
«Ərəb baharı»na qarşı «ASAN xidmət»...
Siyasi şərhçi iqtidar daxilində Rusiyaya bağlı şəbəkənin bu xidmətə müqavimət göstərdiyini deyir...
-
Evə «kupça» almaq «ASAN»laşır?
Bakının 210 min sakininin həll olunmaz problemi öz həllini tapır
-
Xidmət daha «ASAN»laşdı
«Yaşayış qeydiyyatından asılı olmayaraq, istənilən...»
«Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir». Vaxt.az APA-ya istinadən xəbər verir ki, bu sözləri «Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr» mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
F. Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da bir sıra çətinlik və mərhələlərdən keçib: «Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib.
Belə ağır şəraitdə Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir.
Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir.
Azərbaycanda «ASAN Xidmət»in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq».