Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qeydiyyat yerindən asılı olmayaraq ...
«ASAN xidmət»dən şəxsiyyət vəsiqələri ilə bağlı vacib yenilik
-
«Qışa tam hazırıq»
«İşimizi elə qururuq ki, mövsümü amillərdən asılı olmasın...»
-
«Gecəyeri»də hər yer işıqlandı
Tarix boyu heç vaxt elektrik olmayan kəndə işıq çəkildi
-
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
«Azərsu» susdu, «Azərsun» isə deyir ki...
-
...Prezidentdən vacib sərəncam
Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı...
-
... BŞİH-də müşavirə
Prezidentin tapşırığı ilə...
-
2 ilə fasiləsiz enerji təminatı
Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...
-
«Çörəkpulu» və digər imtiyazlar ləğv olunub?
«Qaçqınkom»dan açıqlama
-
Gecə başqa, gündüz başqa
Azərbaycanda elektrik enerjisinin qiyməti günün vaxtına görə dəyişə bilər
-
İlham Əliyev «ASAN qatar»la tanış oldu
Prezident işıq və qazpulundan danışdı: «Varlılar daha çox ödəməlidirlər»
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
«Azərişıq» fasiləsiz iş rejiminə keçib
«Problemi olanlar bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər»
-
Sosial-iqtisadi böhrandan necə çıxaq?
6 bəndlik təklif…
-
Elektirkə necə qənaət etməli?
A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazlara üstünlük verin
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
Bu gün (fevralın 10-da) Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin martında start verilib. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edəcəklər. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.
Dövlətimizin başçısına və xanımına vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verilib. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı «ASAN kommunal» fəaliyyət göstərir.
«ASAN kommunal» mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada 3 qurum - «Azərişıq» və «Azərsu» ASC-lər, həmçinin «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə «Azərişıq» və «Azərsu» ASC-lərin hər biri üçün 10, «Azəriqaz» İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb.
Dövlətimizin başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış olublar. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olublar.
1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 29 min kvadratmetrdir.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr də yaradılıb. Burada müasir yeməkxana da işçilərin ixtiyarına verilib.
Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub.