
Siz elektrikləşdirilmişlərdənsinizmi?
Dövlət büdcədən 3 quruma ödənilən subsidiyaları azaltmaq istəyir
Dövlət büdcədən 3 quruma ödənilən subsidiyaları azaltmaq istəyir
2 milyard kubmetr qaza qənaət deməkdir
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
Maye qaz istehsal gücünün 10 il ərzində 950 milyon tona çatacağı təxmin edilir
Dövlət qurumlarının elektrik enerjisi kəsilib
ƏDV 4 dəfə artırılır
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Rusiya gəmilərin adını və qyeydiyyatını dəyişib qaz satmağa davam edirdəyişib
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
“ExxonMobil”in qazdığı bütün quyular kor imiş
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Qazın qiymət artımı qış dövründə, işığın qiymət artımı isə yay mövsümündə əhalinin xərclərini daha çox artıracaq.
Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək. Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırıcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər.
Nəzərə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək.