
Evdə, işdə və istehsalatda ...
Kommunal xərcələri necə azaltmaq olar?
Kommunal xərcələri necə azaltmaq olar?
Ekspert: “Bu, sosial baxımdan zəruridir”
Prezident energetika sektorunda yeni islahatlar başlatdı, ABEDA-nın aktivləri «Azərişıq»a verildi
«İşimizi elə qururuq ki, mövsümü amillərdən asılı olmasın...»
Tarix boyu heç vaxt elektrik olmayan kəndə işıq çəkildi
Güclü qar elektrik enerjisi ilə təchizata necə təsir edib...
Prezidentin tapşırığı ilə...
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...
«Azərişıq» ASC açıqlama yaydı
«Qaçqınkom»dan açıqlama
Azərbaycanda elektrik enerjisinin qiyməti günün vaxtına görə dəyişə bilər
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
6 bəndlik təklif…
A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazlara üstünlük verin
Qışda qazın, yayda elektrik enerjisinin...
«Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 24 saat xidmət göstərirlər ki, abonentlərimiz fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunsunlar».
Bu sözləri «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Tanrıverdi Mustafayev hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmadığını bildirib.
«Bu gün səhər saatlarında cəmi 2 dəfə elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb.
Qurum rəsmisi qışa ümumi hazırlığın yüksək səviyyədə olduğunu da deyib.
«Maşın mexanizmlərimiz, materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki işçi qrupumuz hazır vəziyyətidir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq. Yaranarsa da, vətəndaşlarımız bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər və problem operativ şəkildə aradan qaldırılsın.