vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
17:24 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 2762 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Administrasiyadan ikili standartlara üsyan

4 beynəlxalq təşkilatla əməkdaşlıqdan imtinaya çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu kimi təşkilatlarla əməkdaşlıq yox, onların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır»

İndiyə qədər «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar.

Virtualaz.org  «Trend»-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib.

F.Ələsgərov qeyd edib ki, «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: «Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik».

O, eyni zamanda, YAP-ın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. PA rəsmisi bildirib ki, əməkdaşlıq coğrafiyasına nəinki Cənubi Amerika ölkələrini, eləcə də bütün Amerika ölkələrini daxil etmək lazımdır: «Avropa ölkələrinə gəldikdə, biz burada yanaşmanı iki istiqamətdə qurmalıyıq - Qərb ölkələri və Şərq ölkələri. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Orta Asiya ilə də əlaqələri genişləndirmək lazımdır».

Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub.