«Sabitlik inkişafın əsas şərtidir»
Fuad Ələsgərov: «Müasir dövrün çağırışları separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı tələb edir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Qanunda ədalət aramayın...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
-
“Polisin güvənc yerinə çevrilməsi ...”
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
-
25 illik xidmətin ən ali mükafatı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Astara polisində ölüm
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
-
Millətçilərimiz niyə sekulyardı?
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
Prezident generalı vəzifəsindən azad etdi
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
-
«Adəm ilk insan deyil»
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
-
«Tapıb nə edəcəksiniz?»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
İntihardan əvvəl məktub yazıbmış
Penitensiar Xidmət Hacı Məmmədovla bağlı açıqlama yaydı
-
«Dəqiq bilmirik - ölüb, ya yox»
Hacı Məmmədovun ailəsi: «Cəsədi hələ də bizə verməyiblər»
-
«Deyirlər, sağ-salamat oturub...»
Hacı Məmmədovun ailəsi onun intiharından xəbərsizdir
«Müasir dövrün çağırışları destruktiv proseslərə, xüsusilə separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı və ictimai-siyasi sabitliyin təmin olunması, dövlətçiliyin qorunmasında daha qətiyyətli olmağı tələb edir».
Vaxt.az «Trend»ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Əvvəlcə Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasına qətiyyətli addımlar atıb, çətin və şərəfli vəzifələrinin öhdəsindən lazımınca gəlib.
O, hər zaman ictimai asayişin və sabitliyin keşiyində dayanan və Vətənin müdafiəsində qurbanlar verən Azərbaycan polisinin əməyini yüksək qiymətləndirib: «Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Sabitlik inkişafın əsas şərtidir. Bu gün dünyada cərəyan edən təhlükəli proseslər fonunda Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri hesab olunur. Sabitliyin təmin olunmasında, şübhəsiz ki, daxili işlər orqanlarının rolu danılmazdır».
F.Ələsgərov həmçinin qeyd edib ki, son 10 ildə polis əməkdaşlarının sosial müdafiəsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam imzalanıb. Onun sözlərinə görə, bu diqqət və qayğı bundan sonra da davam edəcək.
PA rəsmisi bildirib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tələb və vəzifələr daxili işlər orqanları tərəfindən lazımınca yerinə yetirilir, ölkədə cinayətkarlığa qarşı mübarizə böyük peşəkarlıqla həyata keçirilir.
O, polis işçilərini peşə bayramı münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.