vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
13:42 | 18 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 4015 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kişisiz qadının gecə mesajları...»

... və ya qadın «həmrəyliyi» haqda bir neçə abzas

Günay ARDA

Yaşı otuzu adlamış yaraşıqlı, ətrafdan özü haqda qətiyyən qeyri-ciddi obraz yaratmayan bir dostum nahar üçün restoranda əyləşir. Üzbəüz masadan isə bir qadın ilk beşinci saniyədə ona tərəf boylanır. Təxminən yarım saatı təktərəfli baxışmaya sərf edən 40-50 yaşlı qadın dostuma yaxınlaşır. Söhbətə giriş vermədən 1000 manatı dostumun masasına atıb deyir ki, bu gün səhər ərimlə dava eləmişəm. Mənə xəyanət edib. Bütün şəhərdə sən yaraşıqda oğlan görməmişəm. Götür bu pulu, bir günlük də olsa, ərimi qısqandırmağıma kömək et.

Pulu alan dostum qadının nömrəsini götürüb evə gəlir. Qadın hələ də zəng gözləyir. Pullar isə uşaq evinə istiqamətləndirilib.

Başqa bir müğənni dost deyir ki, bir də görürsən, məclisə çağırıblar. Fikirləşirsən ki, ilk dəfə deyil ki. Beş-altı mahnı oxuyub, pulumu alıb evimə gedəcəyəm. Amma elə olmur. Məclisin şirin yerində məlum olur ki, toy saxtadır. Zəhmli bəy qaşqabağını töküb başda əyləşib. Toyun bitməyini gözləyir ki, bir axşamlıq bəy olmaq xidmətini həyata keçirib, pulunu alıb getsin işinin dalınca...

Hansısa məclisə, tədbirə girirsən. Təsadüfən eyni masaya düşdüyüm cütlüyün zənən («xanım» belə olmur) nümayəndəsi yanında ətdən-qandan çox qıldan ibarət olan ağzıqara bir gədəni qoltuğuna vurub tülkü toyuğu qapıb qaçan kimi səndən uzaqlaşır. Sən ayılana qədər ətrafdakılar izah edir ki, bacı bir az kəndçi, bir az da qısqancdır.

Gecənin bir aləmi kişi diqqətindən, qayğısından kənarda qalmış, cinsi istəklərini ödəməkdə əziyyət çəkən, yarımçıq bir zənən telefonuna və ya elektron ünvanlarına təhqir, söyüş göndərir. Məsələ burasındadır ki, belə mesajlar adətən saxta ünvanlardan gəlir. Anlayırsan ki, xalanın cinsi istəkləri o həddə çatıb ki, səni də kişi qismində görür, sənə də nifrət edir.

Üç evi və bir qulluqçusu olan qadından qulluqçu soyuq qış günü qiyməti 1 manatdan baha olmayan corab istəyir. Rəfiqəm deyir ki, pulunun sayı bilinməyən, üç evini təmizlətdirdiyi qulluqçuya qadın corabı pulla satır. Ağlınıza başqa şey gəlməsin, öz ayağındakını, həm də 1 manat 50 qəpiyə.

Ərinin sevgilisi olduğunu bildiyi halda məsələlərin gedişatını öz əlində saxlamaq üçün qadın özündən dəfələrlə kiçik, pulla seks xidməti göstərən qızcığazla dostluq edir. Ona hədiyyələr alır, gəzdirir, yedirir, içirir.

Eyni yerdə çalışdığı qadına problem yaratmaq və işdən uzaqlaşdırılması üçün günlərlə əziyyət çəkdiyi, yazdığı materialı bircə əl hərəkəti ilə kompüterdən «uf» demədən silir. Ofisdəki kameralar məsələni sübut edəndə isə yenə də özünə haqq qazandırmaq üçün bir səbəb tapır.

«Sənətkar» adı verdiyimiz, dünyasını dəyişmiş iki qadın müğənnimiz bir-birinə o qədər nifrət edirmiş ki, hər dəfə regionlardakı konsertdən əvvəl bir-birlərinə tələ qururmuşlar. Belə tələlərin biri isə müğənnilərdən birinin sağlamlığı bahasına başa gəlib. İki gün əvvəldən hazırlanmış açıq səhnənin mismarları iki saat əvvəlcədən sökülür. Taxtalar isə əvvəlki kimi üst-üstə qalaqlanır. Ağır çəkili sənətkar xanım səhnəyə çıxan kimi tamaşaçıların gözünün qarşısındaca uçan səhnənin taxtalarının altında qalır. Konsert baş tutmur, sənətkar isə xəstəxanaya qaldırılır.

Müttəfiqi olduğu qadını layihədən uzaqlaşdırmaq üçün ümumi sənədlərin içinə Sovet dövrünün ağır şərtləri altında bağışlanmaz faktor olan alkoqolizm və həbs cəzası alması ilə bağlı sənədləri də əlavə edən qadın 3 illik zəhmət və rəfiqəsinə etdiyi şərəfsizlik qarşısında tenderi udur. Lakin Sovet hakimiyyəti dağıldığı üçün özü də işdən kənarda qalır. Nəticədə rəfiqəsi işsiz qalsa da, özünün hikkəsindən ürəyi partlayır.

Deyilənə görə, Rusiya çarının qızları o qədər pinti və tənbəl olub ki, barmaqlarının arası hörümçək toru bağlayırmış. İndi tənbəllərin istənilən yeri hörümçək toru bağlaya bilər, bircə barmaqlardan başqa. İş-güc, alış-veriş, hətta dava-dalaşı da indi barmaqlar həyata keçirir. Kiminləsə davan varsa, sosial şəbəkədə yazırsan, məsələ bitir. Və ya sevgidən məhrum qadınların günü alış-verişdə, ticarət mərkəzində keçirdisə, indi bunu da elektron şoppinq həll edir. Daha qadınlar da başa düşüb ki, sevgi ticarət mərkəzlərində satılmır.

Yanaşı iki mağaza işlədən qadınlar bir-birlərinin müştərilərini qaçırmaq üçün hər yola əl atırmışlar. Hikkə o yerə çatıb ki, qadınlardan biri digərinin mağazasına od vurub. Nəticədə isə alov sürətlə yayılıb. Hər iki mağaza yanıb.

Qadın hüquq müdafiəçisi ərinin xəyanətlərindən bezmiş qadına məsləhət görmüşdü ki, kişinin alt paltarına ilan zəhəri kimi tanınan müalicəvi krem çəksin. Kişi də düşünsün ki, qadınlardan ona cinsi yolla dəhşətli infeksiya düşüb. Beləliklə evinə yığışsın. Kişi, həqiqətən də, qaşınmadan çəkdiyi əziyyətdən bezib evinə yığıldı. Qadın isə uzun müddətdir ki, uşaqlıq borusunun eroziyasından müalicə alır.

Zaman maşınını işə salsaq, az-çox tanınan və nələrsə əldə etmiş qadınların bəzilərinin cinsi orqanlarını kişi cinsi orqanı ilə əvəz etsək, görərik ki, onlar həmin kişi cinsi orqanı ilə hansısa dağ kəndində ya qoyun otarır, ya da peyin yapır. Uğura və ya əldə edilənlərə yeganə səbəb cinsi orqanın təbiət tərəfindən düzgün təyinatıdır. Yaxşı nəticəyə səbəb nə ağıl, nə də yüksək intellektidr.

Yazın əvvəlini xatırladan noyabrda Sibirin soyuğuna belə artıq gələn şubalarını yerdə sürüyə-sürüyə gəzən el qızlarımızdan bir-iki nüans xatırlatmağa çalışdım. Axşam isə pozulmuş qadın hüquqlarından, əzilmiş qadınlardan danışmaq üçün efirdə qonaq olacağam.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)