vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
13:53 | 7 noyabr 2014 | Cümə Məqaləyə 1594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda beynəlxalq teatr konfransı

«Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən biridir»

Mədəniyyət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 5-6-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı keçirilib.

Bununla bağlı keçirilən mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, konfrans çərçivəsində dünyanın görkəmli teatr biliciləri təcrübələrini bölüşəcək, səhnə sənətinin müasir və aktual estetik problemlərini araşdıracaqlar. Konfransa dünyanın 40-dan çox ölkəsindən teatr tənqidçiləri, teatr tarixi və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar, xoreoqraflar və menecerlər toplaşıblar. Nazir hazırda ölkəmizdə 26 dövlət, bələdiyyə, antrepriz və özəl teatrın fəaliyyət göstərdiyini deyib. O, bildirib ki, son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirilir: «Onların arasında «ÜNS» yaradıcılıq səhnəsini xüsusi qeyd etmək olar».

Nazir işğal altında olan Azərbaycan torpaqlarında məhv edilmiş mədəniyyət abidələri və ocaqları barədə məlumat verərək, bu dağıdıcı proseslərin teatr sənətimizdən də yan keçmədiyini vurğulayıb: «Ermənistan «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb. İşğal edilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam və Füzuli Dövlət Dram teatrları, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşüb. Bu teatrların yerləşdiyi binalar dağıdılıb, yandırılıb, əmlakı talan edilib».

Əbülfəs Qarayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanı dünyanın böyük mədəniyyət mərkəzlərindən birinə çevirdiyini qeyd edib: «Toplaşdığımız teatr konfransı da belə tədbirlər sırasındadır».

Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural məkana çevrilib: «Azərbaycan bu gün öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir».

Daha sonra Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor çıxış edərək konfransı yüksək qiymətləndirdiklərini deyiblər.