Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
Yalçın İSLAMZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
-
“Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
-
Daha bir postu itirəcək
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilə bilər
Bir neçə il əvvəl “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah” adlı bir kitab nəşr olunmuşdu. Müəllifin ixtisasının kitabın mövzusu ilə əlaqəsi yoxdur. Yaxınlarda bir proqramda opponent kimi iştirak edib, genetik modifikasiya olunmuş heyvan yemlərinin o yemlərlə qidalanan insan heyvanlar üzərindən insanlara da mənfi təsiri olduğunu iddia edib.
Proqramın baxdığım hissəsində konkret faktlar kimi tədqim olunan iddialar var idi, “edir, olur, zərərlidir, ziyandır, bilinir”, ancaq heç bir mötəbər alimin, qaynağın, araşdırma qrupunun, universitetin adı çəkilmir-iddialar faktlar kimi təqdim olunur ancaq o faktların fakt olduğunu-əgər belədirsə-ortaya çıxaran heç bir alimin, araşdırmanın adı çəkilmir.
O kitab nəşr olunanda vərəqləyib qeydlər götürmüşdüm, ikisini xatırlayıram:
1. Genetika yaradanın işinə müdaxilə etməkdir.
Yaradılış qüsursuz, genetika monsterlər yaratsa idi, bu arqumentlə hesablaşmaq olardı. 6000-ə yaxın genetik xəstəlik var və bu xəstəliklər insan həyatını tez sona çatdırmaqdan tutmuş, digər ömür boyu sürən ağır fəsadlara, ağrılara səbəb olur. Genetika mühəndisləri belə xəstəliklərin müalicəsi üçün çalışırlar. Güman ki indi çox baha olan genetik müalicələr gələcəkdə əlçatan olacaq. Genetik analiz ilk başlarda 3 milyon dollar idi, indi 700 dollar civarındadır.
2. Kitabda istinad olunan qaynaqlar.
Ən çox istinad türkiyəli araşdırmaçı-qəzetçi-yazar, şair kateqoriyasından olan, dünyada total kontrolun olduğuna inanan, amma nədənsə internetdə bütün sirləri tapa biləcəyinə inanan müəlliflərə aid idi. Yəni iddia ilə söykəndiyi qaynaqlar arasında ciddi mütənasibsizlik var.
Elm niyə hər kəsin-ixtisasından asılı olmayaraq-bütün faktları bildiyi bir sahə olaraq görülməyə başlanıb bizdə?
Nə üçün humanitar sahədən olan biri mühəndis auditoriyası qarşısında mühəndislikdən danışma cəsarəti tapır?
Nə üçün ayaqqabı dükanları olan biri elmi ad almaq həvəsinə də düşür və sonradan artıq alverçi kimi yox “fəlsəfə doktoru” kimi qəbul edilir?
Tez-tez mütəxəssis çatışmazlığından danışılır, bunun bir səbəbi 10-15 il əvvəl gələcəyə refleksiya edib müvafiq ixtisas fakültələri açmamaqdırsa, bir digər səbəbi də alverçi insanların pul qazandıqdan sonra özlərini mütəxəssis kimi qəbul etdirə biləcəklərini də düşünmələri və adətən elə də qəbul görmələridir. Yaxşı mütəxəssislər manipulyatorlar kimi sosial zəkaya sahib olmur və nəzərə çarpmadan ya kənarda qalırlar, ya da qiymət verilmədiyi üçün ölkədən gedirlər.
Əgər ölkədə genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, vəziyyət ürəkaçan deyil.