

Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Yazılarımızın ilk oxucuları özümüzdük
Bütün məlumatlar sistemə daxil olacaq
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
Azərbaycan elminin aqibəti: necə olacaq?
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Amerika ilə Avropada, habelə Yaponiya və Koreya kimi ölkələrdə elmin əsasən universitetlərdə təkmilləşdiyi, professor və tələbələr üçün münbit mühitin məhz ali təhsil ocaqları olduğu barizdir. Ancaq biz artıq uzun illərdir ki, fərqli yolla irəliləyirik. Bu gün, bu dəqiqə kəskin dönüş etsək faydası zərərindən çox olar.
Bu səbəbdən də ciddi dəyişikliklərə getmək, yeni yol xəritəsi hazırlayaraq Akademiyaya keyfiyyətcə yeni nəfəs vermək lazımdır. Kiminlə gediləcək bu dəyişikliklərə? Təbii ki, Akademiyanın sağlam təfəkkürlü olan-qalan həqiqi alimlərilə.
Akademiyadakı həqiqi alimlər bizim Milli Sərvətimizdir. Azdırlar, onlara sahib çıxmalıyıq. Yoxsa…
Yoxsa ikinci bir imperator Yustinian vaqeəsi baş verəcək – qapısına kilid vurulacaq Akademiyanın…
***
Səhər saat altıda “Whatsapp”dan bir mesaj gəldi.
Göndərən əziz müəllimim, görkəmli riyaziyyatçı, akademik Asəf Haciyev idi. Saytlardan birində dərc olunan “Как быть с азербайджанской наукой и что делать? - РАЗМЫШЛЕНИЯ АСАФА ГАДЖИЕВА” məqaləsinin linkini atmışdı.
Zəng elədim Asəf müəllimə. Təyyarədəydi. Mərkəzi İstanbulda yerləşən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi olan Asəf müəllim xaricə ezamiyyətə uçurdu. Çox danışa bilmədi, “Ayın 20-si qayıdıram, görüşək” dedi.
İstanbulda yaşayan müəllim-tələbənin busəfərki görüşü çox fərqli olacaq…
Gələcək Elmlə Gələcək.
Gələcək Çox Tez Gələcək.