Dul kişinin iztirabları
Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsan ömrü uzanır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
-
Özü-özüylə dil tapa bilməyən qadın
Solo nikaha girdi, yola getməyib boşandı
-
Təbliğat planı baş tutmadı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
-
Niyə ailə qurmaq istərmirsən?
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
-
Əksər halda ailənin təzyiqi ilə olur
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
-
Öz nikahına gecikənlərə 229 manat cərimə
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
-
Simic, yoxsa nankor?
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
-
Yük motoskileti ilə gəlin apardı
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
-
Sevgi niyə hələ uğurlu nikah deyildir?
«Evlilik iki biznes partnyorunun münasibətlərini xatırladır»
-
Ürəkağrıdan statistika
Azərbaycanlılar neçə yaşında boşanır?
-
Azərbaycanlılar neçə yaşda evlənirlər?
Kişilərin 55 faizi, qadınlarınsa 68 faizi ...
-
Xaricilərlə nikahda artım var
Amma boşanmaların da sayı artıb
-
«İsanın qadını»
«Qanun»un «Ən yeni ədəbiyyat» silsiləsində yeni nəşri
-
Subayların bəhanəsi kəsilir
«İşim yoxdu evlənmirəm» deyənlərə bəd xəbər; nikaha girən cütlüklərdən biri işlə təmin ediləcək
-
«Sözlərimi təhrif ediblər»
«Mən varlı ailələrin övladları ilə bağlı qanun layihəsi hazırlandığını deməmişəm»
-
Evliliyin düşmənlərini tanı
Bunlardan uzaq olmaq üçün 8 qaydaya, 13 şərtə əməl etmək lazımdır
15.04.15 - Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»...
Boşanmaq istəyən qadınlara həsr olunur
1.
Boşanan kimi, elə həmin gün
yəni məhkəmədən çıxıb bir baş evə gəldim.
Bir az darıxdım, o da səndən çox
tək qalmağın darıxmaqlığıydı.
Vecimə almadım, öz-özümə qürurlandım –
azad olmuşdum qayğılardan
ən çox da sənin ucuz tənələrindən.
Sonra getdim dostlarla araq içməyə
olan-qalan nəyin varsa tamam unutmağa.
2.
Bir həftə ütüləyib yığdığın köynəkləri geydim,
yuyub qoyduğun boşqabları kirlədim,
yan-yana asdığın dəsmallarda sildim üzümü
təmiz çaşkalarda dəmlədim birdəfəlik çayları –
ayrılmağın ləzzətini çıxarırdım hər şeydən.
3.
İkinci həftə üşüyürdüm – qızdıra bilmirdim otaqları
divarlar buz “qoxuyurdu”,
yadırğamışdım istiotlu qazan yeməklərini
kolbasa qoxusu “zəbt eləmişdi” soyuducumu.
Üzüm gəlmirdi evə tez gəlməyə -
Gecəyarı qaranlıq otaqda soyuq yatağa girirdim.
4.
Ayrılığı çaşkanın kirdən saralan rəngində gördüm,
qadınsızlığı ağ köynəklərin qaralmış boynunda tapdım,
boşanmağı sidik qoxusu gələn alt paltarımda hiss elədim,
tər “ətirli” corablar qalaqlanırdı küncdə,
toz qatı qar kimi ağarırdı televizorun üzündə.
5.
Məhkəmədən aldığım boşanma arayışını
bilmirdim hara qoyum - ən azı yüz dəfə dəyişmişdim yerini.
Cehiz gətirdiyin “xrustallar”la qorxurdum üz-üzə gəlməyə
əksimi görəndə utana bilmirdim,
servantda düzdüyün nimçələr
dövlət ittihamçısı kimi üzümə dururdu.
Hər axşam qayıdanda
cinayət yerinə gətirilən qatil sayırdım özümü,
evdəki bütün güzgülərin üzünü bağlamışdım.
6.
Sən demə həyat daha çox qadınmış
faizlə götürəndə 70-in 30-a.
Qadınsız, qışda küçələri dolaşan
yalavac it kimidir kişilər,
öldürər təkliyin şaxtası bir gün,
öldürər, qoymaz çıxa yaza.