Simic, yoxsa nankor?
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özü-özüylə dil tapa bilməyən qadın
Solo nikaha girdi, yola getməyib boşandı
-
Əksər halda ailənin təzyiqi ilə olur
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
-
«Qudam, ay qudam»
Məmur qohumluğunun təhlükəsi
-
«Boşanmaq fəlakət deyil»
Psixoloq: «Diplomatik ailələr qurulmamalıdır»
-
Azalan evlilik, artan boşanma
Ailə institutunun dağılmasının qarşısını necə almalı?
-
Unikal evlənmə təklifi
Bu olay Rusiya cəmiyyətinin müzakirə etdiyi bir nömrəli mövzuya çevrilib
-
Evliliyin düşmənlərini tanı
Bunlardan uzaq olmaq üçün 8 qaydaya, 13 şərtə əməl etmək lazımdır
-
Qızıldan istifadə ziyandır?
Bu qiymətli metalın kişi orqanizminə təsiri alimlərin maraq dairəsindədir
-
Bir-birini anlamayan cütlüklər
Söz var dağa qaldırar, söz də var dağdan endirər
-
Xoşbəxt evlilik üçün təkliflər...
... Və ya 29 qızıl qayda
-
Xoşbəxt ailənin sirləri...
Bunun əsas şərti qarşılıqlı hörmətdir
-
Yedin noğul, qaynana?
Və ya «gəlin mənim süpürgəmdir»...
-
Nişan üzüyü seçərkən bilməlisiniz...
Barmağınızın ölçüsünün tez-tez dəyişdiyini hiss etmisiniz?
-
«The İndependnet» yazır ki, bir qadın nişanlısının ona verdiyi nişan üzüyünün cəmi 1300 funt sterlinqə alındığını biləndən sonra pərt olub və pərtliyini «Mumsnet» sosial media platformasında paylaşıb.
«Onun maaşı az qala 6 rəqəmli məbləğdədir, amma belə ucuz üzük alıb, hərçənd o əslində xeyli əliaçıqdır…», - yazıb qadın. O gileylənib ki, belə yüksək maaşla sevgilisi ona daha qiymətli üzük ala bilərdi. Axı söhbət nişan üzüyü kimi mühüm zinət əşyasından gedir.
Qəlbiqırıq qadın yazırdı ki, onun ömür boyu barmağında gəzdirəcəyi üzük gərək 1300 funt sterlinqdən baha olaydı.
Amma qadının «Mumsnet» platforması istifadəçilərindən aldığı reaksiyalar onu daha da pərt edib.
İstifadəçilərdən biri rişxəndlə yazıb: «Səni Allah güldürsün. Yamanca nankormuşsan».
«1300 funt sterlinq əksər adamlar üçün bir aləm puldur. Mən hələ sənin kimi pis adam görməmişəm. Onun ağlı olsa, heç səninlə evlənməz də», - başqa biri yazıb.
İnsafən qadını dəstəkləyənlər də olub. Bəziləri isə faydalı məsləhət veriblər.
«Üzüyü birlikdə seçin»
Bir qadın yazıb ki, ən yaxşı variant nişan üzüyünü iki nişanlının birlikdə seçməsidir. Onda belə narazılıq da yaranmaz.
«The Independent» yazır ki, ümumən indi Britaniyada adamlar nişan üzüyünə 10 il bundan əvvəl olduğundan 19 faiz az pul xərcləyirlər.
Məqalədə deyilir ki, hazırda Britaniyada nişan üzüyünə orta hesabla 1080 funt sterlinq pul xərclənir.
1930-cu illərdə brilyant şirkəti «De Beers»in apardığı kampaniyada deyilirdi ki, adamlar nişan üzüyünə bir aylıq maaşlarından bir qədər çox pul xərcləməlidirlər.
Nəzərə alınsa ki, indi «De Beers» şirkətinin buraxdığı üzüklərin orta qiyməti 20 min funt sterlinqdir, əlbəttə 1930-cu illərin ağlı ilə hərəkət etmək çətin olar.
Bu yaxınlarda isə bir amerikalı internetdə «GoFundMe» adlı səhifə açmaqla xəbər başlıqlarına çıxmışdı. O sevgilisinə 15 min dollarlıq nişan üzüyü almaq üçün adamlardan maliyyə dəstəyi istəyirdi. Hərçənd bir həftə ərzində cəmi 594 dollar yığa bilmişdi.
O bundan sonra özünə təskinlik verərək yazırdı: «Mən adamların səxavət və mərhəmətlərini göstərmələri üçün onlara yaxşı imkan yaratmışdım».
Bəs siz bu barədə nə düşünürsünüz?