Azərbaycanlılar neçə yaşda evlənirlər?
Kişilərin 55 faizi, qadınlarınsa 68 faizi ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsan ömrü uzanır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
-
Təbliğat planı baş tutmadı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
-
Niyə ailə qurmaq istərmirsən?
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
-
Sudan gələn sürməli qız
Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət
-
Milyonluq təşviq
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
-
Yaddaş sintezi
Birgə vaxt keçirən insanların beyin siqnalları bənzər şəkil ala bilər
-
Qohum nikahlarında mühüm azalma
Bir daha dayıuşaqları və əmiuşaqları arasında evlilik barədə
-
Erkən evlilik azarı
14 yaşında ərə verilən qızlar və bu ənənə ilə mübarizə aparanlar
-
Evdən qaçan azərbaycanlı qadınlar
Seriallardakı sevginin axtarışı və ya sosial şəbəkə qurbanları
-
Məişət zorakılığına qarşı qanuna dəyişiklik edilib
Layihə qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib
-
«Boşanmaq fəlakət deyil»
Psixoloq: «Diplomatik ailələr qurulmamalıdır»
-
Azalan evlilik, artan boşanma
Ailə institutunun dağılmasının qarşısını necə almalı?
Azərbaycanda kişilər daha çox 25-34, qadınlar isə 18-24 yaş arasında nikaha girirlər. «Trend»in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən verdiyi məlumata görə, ötən il Azərbaycanda bağlanılan nikahların 54,97 faizində kişilərin yaşı 24-dən 34-dək, qadınların 67,79 faizinin yaşı 18-dən 24-dək olub.
Ötən il qeydə alınmış 86 852 nikah zamanı 47746-da kişinin yaşı 25-34, 58 880 qadının yaşı 18-24 olub.
Son 23 ilin statistik məlumatlarından aydın olur ki, nəinki keçən il ərzində, ümumiyyətlə, ondan əvvəlki illər ərzində də Azərbaycanda qadınların böyük əksəriyyəti 18-24, kişilər isə 25-34 yaş arasında ailə qurmağa üstünlük verirlər.
Azərbaycanda 18 yaşadək nikah bağlanma halları kişilərlə müqayisədə qadınlar arasında daha çox qeydə alınır. 2011-ci ildə ölkədə 5138, 2012-ci ildə 295, 2013-cü ildə 229 qadın 18 yaşı tamam olana qədər nikaha girib. Bu rəqəm 1990-2011-ci illər ərzində 5544-471 arasında dəyişib. Son 23 il ərzində 18 yaşadək nikah bağlayan qadınlarla bağlı ən yüksək göstərici 2008-cı ildə (5544 nikah), ən az göstərici 2013-cü ildə (229 nikah) qeydə alınıb.
Son 23 ildə kişilər arasında 18 yaşadək rəsmi nikaha daxil olma ilə bağlı ən yüksək göstəricilər 1993-cü ildə qeydə alınıb. Həmin il 56 kişi 18 yaşadək rəsmi nikaha daxil olub.