vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ARAŞDIRMA  
22:53 | 23 may 2024 | Cümə axşamı Məqaləyə 1728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sudan gələn sürməli qız

Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan İslam dövlətləri içərisində yeganə coğrafiya olub ki, burda əhalinin dindən çox adət-ənənə və milli dəyərlərə bağlı olub. Bir çox sahələrdə qadına olan hörmət o qədər böyük olub ki, qadın yaylıq atsa qanlı mübahisələr dayanar, qadın küçədə gedəndə at belində olanlar dərhal yerə düşüb onu tək olduğu halda evinə qədər müşayiət edər, qadın gələndə titulundan asılı olmayaraq bütün kişilər ayaq üstə durardılar.

Ailə qurmaq məsələsi də çox ciddi mental dəyərlərə söykənirdi. Qızı görüb və onunla evlənmək istəyən gənclərin əməl etdikləri gözəl bir adət var idi. Əgər bir oğlan qızın subay, evli yaxud dul olmağını bilmək üçün bulaq başına gedər, kənarda durar, onun səhənginə doldurduğu sudan bunu bilərdi.

Əgər səhəngin ağız hissəsi kiçik və yığcam olurdusa, deməli, həmin qız ailə qurmayıb və subaydır.

Əgər səhəngin ağız hissəsi geniş idisə bu qızın ailəli olduğu anlamına gəlirdi və oğlan dərhal ordan baş əyərək uzaqlaşırdı. Bu xanımın qeyrəti bütün hər kəsin qeyrəti sayılırdı.

Bəzən belə oldu ki, səhəngin ağız hissəsi geniş, lakin boyun hissəsi nazik olurdusa bu xanımın dul olması mənasını verirdi. Dul qadına elçi gələn oğlan da mütləq müəyyən şərtlərə əməl etməli idi:

1. Övladları varsa onu öz övladları kimi qəbul etməli.

2. Əgər birinci əri döyüşdə yaxud başqa səbəblə ölürdüsə onun ailəsinin övladlarını ziyarət etməsinə şərait yaratmalı idi.

Burada əlbəttə sual yaranır. Niyə axı səhəng? Kimdənsə öyrənə bilməzdimi?

Mental qanunlara görə hər hansı bir qızın yaxud qadının adı başqa yerdə çəkilirdisə, soruşan adam ya ciddi addımlar atmalı, ya da ağır cəzaya razı olmalı idi. Ağır cəza da ölüm idi.

Azərbaycanda qadınlar həmişə ev işləri ilə məşğul olurdular və nadir hallarda evdən tək çölə çıxmaq imkanları olurdu. Əsasən sərbəst gedəcəyi yer, digər qızlarla birlikdə bulaq başı idi. Suyu isə səhənglə gətirmək həm rahat idi, həm su sərin qalırdı. Bundan başqa suyu səhəngdən süzmək çətin deyildi. Digər tərəfdən bu subay insanların ailə qurması üçün bir vasitə idi.