Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avstraliyada 14+ qadağası
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
-
“20 milyon qız itkin düşüb”
Çinin tək uşaq siyasətindən imtinası nə dərəcədə təsirli oldu?
-
Ata olan kişilərin beyni dəyişir
Boz maddədə büzülmə müşahidə edilir
-
Milyonluq təşviq
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
-
Təbiətlə əlaqə tələbi
Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir
-
Məmnun olmayan, sevinə bilməyən gənclik...
Duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik
-
Rusiya demoqrafiyası “əriyir”
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
-
Körpələrdə “çöp mifi”
Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
-
Duman
(hekayə)
-
Körpə yuxusu necə olmalıdır?
Miflər və faktlar ...
-
Hamiləlik tarix olur
Körpələrin ana bətnindən kənarda böyüyə biləcəyi “Süni Uşaqlıq”
-
Körpələri gözləyən gizli təhlükə
İnfeksiyadan uzaq saxlayın
-
Valideynlər, DİQQƏT!
Uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
İsti suyla bağlı yeni təlimatlar
Hamilə qadınlara vanna, sauna və cakuzzi olarmı?
-
45 milyon uşaq acından ölür
Dəhşətli statistika - dünya ərzaq qıtlığı ilə üz-üzədir
Yəhudi valideynlərin öz övladlarına sevgisi sərhəd tanımır. Uşaqlara bu cür pərəstiş demək olar ki, heç bir xalqda yoxdur. Psixoloqlar bunun həm mənfi, həm də müsbət tərəfləri barədə söz deyə bilərlər, amma, yəhudi uşaqları sevgi və diqqət sarıdan heç bir çatışmazlıq hiss etmirlər.
1. Uşaqlar üçün kompleks yaratmaq olmaz
Yəhudi ana uşağına heç vaxt – sən pissən
deməz, o, belə söyləyər – bu cür yaxşı oğlan belə bir ağılsızlığı necə edə bilər?
“Mənim uşağımda çatışmazlıqlar yoxdur və ola da bilməz” – yəhudi anaların
mövqeyi belədir. Ola bilər ki, analar çatışmazlıqları görürlər, lakin onlardan
başqa heç kim bunu bilməyəcək.
2. Şüurlu azadlıq
Müasir yəhudi tərbiyəsi iki görünən
ziddiyyətli şeyi birləşdirir: uşaq azadlığı və tələblərin sərtliyi. Bu tərzi
belə bir metafora yaxşı ifadə edir: sərt divarları olan geniş, boş otaq.
Yəhudi ailələrində uşaq valideynlərin başına “çıxa bilər” və ananın dodaq
boyası ilə atanın pasportunu rəngləyə bilərlər – lakin bu, uşaqlara tənə ilə
baxmaq üçün əsas vermir. Yəhudi valideynlərdən ötrü uşağın sərbəstliyi – xüsusi
“tərbiyə” deyil, sadəcə nəfəs ala bilmək üçün bir oksigen rolunu oynayır.
Sərt tərbiyə uşaq yolverilməzlik xəttini keçdikdə işə düşür. Yəhudi ailəsində
bilirlər ki, ananın ətrini küçə pişiklərinin üzərinə tökə bilərsən, amma nənənin
başına belə bir oyun gətirmək olmaz.
3. Uşağı istənilən səbəbdən tərifləmək olar
Ana uşağını həmişə tərifləyir. Bu uşağın
doğuşundan dərhal sonra başlanır. Yəhudi ana uşağının istənilən kiçik uğuruna
sevinir, balacanın hətta ilk rəsmi sayıla bilən ləkədən belə fərəh hissi keçirir.
Bundan hökmən bütün dostlar və tanışlar xəbərdar olur, başlıcası isə uşaq
başqalarının yanında tərifləndiyini mütləq özü də görməlidir. Uşağın uğuru daha
ciddidirsə, onda bütün ailə üzvlərinin uzun sürən alqışları və təriflərindən
yan keçmək olmaz.
Əgər, biz özümüzü uşaqlarda müşahidə etdiyimiz yaxşı hərəkətləri, hətta
“xırdalıqları” belə görməyə öyrədə bilsək və hər bir uyğun anda onları tərifləyə
bilsək, mümkündür ki, bu onların davranışlarını kökündən dəyişdirə bilər.
Onların yaxşılara doğru cəhdlərini yönləndirməkdən ötrü, balacaların
uğurlarından dostlarınıza söz açdıqda, çalışın ki, uşaqlar həmin söhbəti dinləyə
bilsinlər.
4. Davranışa görə yüksək dərəcəli məsuliyyət
Yəhudilər, tələsik atılan ən kiçik sözün və uşağın qarşısında valideynlərin törətdiyi kiçik bir fədakarlığın belə geri dönməz nəticələrə sahib ola biləcəyinə inanırlar , buna görə də, onlar öz nümunələrində söylədikləri və etdikləri hər bir şeyə qarşı çox məsuliyyətli bir davranış nümayiş etdirir və uşaqlarını da bu istiqamətə yönləndirirlər.
5. Ailədə sevgi və hörmət – uşağın psixoloji sağlamlığının rəhnidir
Yəhudi ənənəsi istənilən ailənin əsasını kişi və qadın – ata və anaın təşkil etdiyini izah edir. Ona görə uşaqları lap erkən çağlardan ananın diqqətinin ataya və atanın diqqətinin anaya yönəldiyinin ilk yerdə durduğuna öyrətmək lazımdır. Əgər uşaq valideynlərinin ilk növbədə bir-biri üçün yaşadığını mənimsəsə, onların qarşılıqlı əlaqəsinin sevgi və qayğıya əsaslandığına əmin olsa, o, özünü müdafiə olunmuş hiss edəcək. Bundan əlavə, valideynlərin bu cür davranışı – oxşamaq üçün əla nümunə olacaq. Böyüdükdən sonra, həmin uşaq öz ailəsində, məhz, belə münasibətlərin qurulmasına səy göstərəcək.
6. Valideyn olmağı öyrənmək
Valideyn tərbiyəsi uşağın doğuşundan dərhal
sonra başlanmalıdır. Qız nikaha girdikdə, artıq ana olmağa hazır olmalıdır, onu
“özü üçün yaşamağı” öyrətmirlər, onun əsas karyerası – evi və ailəsidir. Əgər,
lap başlanğıcdan analıq və atalığa bir yük, məhdudiyyət kimi baxılarsa, yaxşı
uşaq böyütmək çox mürəkkəb bir iş olacaq. Məlum olduğu kimi, öz gücünü hara yönəldirsənsə,
elə oradan da nəsə əldə edirsən.
Uğurlu, sərbəst və ayaq üstündə möhkəm durmağı bacaran uşaqlar tərbiyə etmək
üçün yəhudi müdriklər tərbiyə ilə bağlı bütöv bir sistem işləyib hazırlayıblar,
hansı ki, İsraildə istənilən şəxs bununla xüsusi valideyn kurslarında tanış ola
bilər. Bu cür kurslar dünyanın bir çox ölkələrində yerləşən sinaqoqlar və yəhudi
məktəblərində də fəaliyyət göstərir. Budur, müvəffəqiyyətli tərbiyənin ilk
qanunu – o, şəxsin özünün tərbiyəsi və təhsilindən başlanır, “qadın və ana” və
“kişi və ata” kimi ayrı-ayrılıqda peşələrin öyrədilməsinə əsaslanır.
7. Uşaqları vaxtdan düzgün istifadə etməyi öyrətmək
Yəhudi uşaqları tənbəlliyin və bayramlarda məhəllədə dayanıb lağ-lağı etməyin nə olduğunu bilmirlər: skripka, ingilis dili, riyaziyyat – hamısı eyni zamanda və hərəsindən bir az. Uşaqlar lap kiçik yaşlarından nə iləsə məşğul olmağa öyrədilirlər – bu normaldır.