

Yeni kəşf fobiya və narahatlıq müalicəsinə kömək edə bilər
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
İnsan beyni böyüdükcə daha tez qocalır
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
“Neuralink”dən xeyli kiçik və daha az enerji sərf edir
Müxtəlif sevgi növləri başqa-başqa sahələri aktivləşdirir
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
Hədiyyə və mükafatlar davranışın formalaşmasında mühüm rol oynayır
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
Bəs, bu proses neçə yaşda başlayır?
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
Yəhudilərdən öyrənməyə dəyər
(Bu mövzuda yazı istəyənlər üçün)
İnsan yeni informasiya qəbulundan dərhal sonra, son dərəcə həssas olur
Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilərmi? Danışa bilər. Ən azından ABŞ-dakı «Northwestern» Universitetindən nevrologiya üzrə professor Doktor Moran Serfin (Dr. Moran Cerf) beynin neyron siqnallarının sinxronlaşması üzərində apardığı tədqiqata dair nəticələr belə deyir.
10 ildən artıq müddət ərzində professor Serf qərar qəbuletmə prosesini təhlil edib.
O, bunun üçün skandan istifadə edib. Alim müxtəlif stimulların beyində yaratdığı reaksiyaların ekrana göndərilən əksini müqayisə edib.
Məlum olub ki, bir-birilə çox vaxt keçirən insanlarda beyin neyronlarının aktivliyi çox yaxın olur və bəzi hallarda hətta eyni şəkil alır.
«Uzun müddət bir şəxslə birgə vaxt keçirirsinizsə, hər iki beyində sinxronlaşma yaranır», - professor Serf deyir.
Elektrik siqnalların sinxronlaşması
Elektrik sinxronlaşdırma adlandırılan bu prosesin əksini kompüter ekranında görmək mümkündür.
«Yalnız iki həftə ərzində eyni filmlərə baxan, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşaraq bir-birilə ünsiyyətdə olan iki insan bənzər nitq tərzini mənimsəyir. Onlar həmfikir olur və bənzər emosiyalar keçirməyə başlayır», - professor Serf deyir.
O bildirir ki, buna görə siz vaxt keçirdiyiniz şəxsləri yaxşıca seçməlisiniz.
«Yaxın insanlar sizin reallığın qavranmasına müəyyən bir təsir göstərir ki, onun necə baş verdiyini görmək və yaxud da izah etmək çətindir», - tədqiqatçı deyir.
«Siz pis və yaxud uyğun olmayan partnyor seçərək onunla 10 il vaxt keçirmişsinizsə, bunun həyatınıza ciddi təsiri olacaq».
Yaddaş sintezi
Qərar vermənin özündən razı qalma hissinə təsirini araşdıran doktor Serf insanların müəyyən anda məhz bu və ya digər qərara necə gəldiyini, bunun yaddaşda necə həkk olunduğunu və insanların öz qərarlarını başqa şəxslərin qərarları ilə necə uzlaşdırdığını təhlil edib.
Bəzi şəxslər baş verənlər barədə hekayələr uydurmağa qadirdir. Onlar həmçinin özlərini inandıra bilirlər ki, keçmişdəki qərarlar düzgün olub.
«Həqiqətən də ağır təcrübədən keçmiş insanlar mövcuddur. Lakin onlar öz beyinlərini həmin təcrübəni fərqli yozmağa yönləndirə bilir. Bu, yaşanmış təcrübənin sintez üsuludur», - Serf hesab edir.
Ən yaxşı alət
Belə isə beynimizi necə təlimləndirə bilərik?
«Əgər əvvəllər bunu etməmisinizsə, reallığı fərqli şəkildə yozmaq çətin ola bilər, bunun ən uğurlu yolu bu qabiliyyətə sahib insanların əhatəsində olmaqdır», - Serf deyir.
«Əgər onlarla kifayət qədər vaxt keçirsəniz, həyatınızdan daha razı qalıb, dünyanı bənzər bir şəkildə görməyə başlayacaqsınız.
Bu öz-özünə baş verəcək. Şüurlu şəkildə nə isə etməyə ehtiyac yoxdur. Fərqli insanların beyin sinxronlaşmasının faydası da elə bundan ibarətdir».