vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
20:01 | 1 iyul 2017 | Şənbə Məqaləyə 3023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məişət zorakılığına qarşı qanuna dəyişiklik edilib

Layihə qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin cümə günü keçirilən iclasında «Məişət zorakılığının qarşısınını alınması haqqında» qanuna dəyişiklik qəbul edilib. Dəyişikliklə məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi təhlükədən müdafiə edilməsi üçün tədbirlərin daha sürətlə həyata keçirilməsi nəzərdə tutulur.

Yeni qanunda əvvəlkindən fərqli olaraq uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının təxirə salınmadan həyata keçirilməsinə göstəriş verilir.

Lakin BBC Azərbaycancaya müsahibə verən «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, qanunun tamamilə bütövlükdə təkrar nəzərdən keçirilməsinin vacib olduğunu deyib.

O, qanunun yenidən müzakirə edilməsində nəinki Milli Məclisin, həmçinin «polisin, məhkəmələrin, QHT-lərin və hətta dini qurumların» da iştirak etməsinin lazım olduğunu vurğulayıb.

Milli Məclisdə qanun layihəsinin müzakirəsində iştirak etmədiyinə görə, qanunun icrasnda mühüm nüansların qeyd edilib-edilmədiyinin məlum olmadığını deyib.

Xanım Zeynalova Azərbaycan ailəsinin genişlik və sıxlığında Avropa ailələrindən fərqli olduğunu xüsusilə vurğulayaraq məhkəmələrin qərarlarında zorakılığa məruz qalan şəxslərin evdə qalmaq planının nəzərdə tutulub-tutulmadığının məlum olmadığını qeyd edib.

O, bir misal olaraq, zorakılıq səbəbindən boşanmış qadının nümünəsini dilə gətirir. Zorakılığa məruz qalmış belə qadına məhkəmə qərarı ilə evində yaşamaq hüququnun qorunmasına dair qərar verilsə də, o, praktiki olaraq onu zorakılığa məruz etmiş şəxslə eyni yaşayış yerinə qayıda bilməz.

Lakin hüquq baxımdan bu cür nüanslar qeydə alınmır, xanım Zeynalova deyib.

O, həmçinin hazırki qanunda məişət zorakılığı səbəbilə psixoloji zorakılıqa üzləşən şəxslərin kifayət qədər müdafiə edilmədiyini qeyd edib.

Onun zənnincə hazırkı qanun, yeni dəyişikliklərdən asılı olmayaraq problemli qalır. İçərisindəki qeyri-müəyyənliklərə görə qanunun, məqsədini effektiv şəkildə tamamilə yerinə yetirmədiyini deyən QHT lideri, qanundan başqa onun icrasının da məişət zorakılığının qarşısının alınmasında çox əhəmiyyətli rol oynadığını deyib.

Mehriban Zeynalova hazırda zorakılıq törədən şəxslərin reabilitasiyası və psixoloji yardımı barədə qərarların icra hakimiyyətləri tərəfindən verildiyini deyib.

İcra hakimiyyətləri isə reabilitasiyaya dair qərarları qiymətləndirmək üşün kifayət qədər təcrübə və biliyə sahib olmurlar, o, vurğulayıb.

«Məişət zorakılığının qarşısının alınması haqqında» qanun 2010-cu ildə qəbul edilib və qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib.